UEFA-dan "Qəbələ"yə daha 250 min avro

UEFA-dan "Qəbələ"yə daha 250 min avro
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 17:48 2905
-  A +

UEFA "Qəbələ" İdman Klubuna daha 250 min avro ayırıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasınının I mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərci üçün nəzərdə tutulub. Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə "Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1.Bundan əvvəl UEFA "qırmızı-qaralar"a "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 507 579,57 avro ödəyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı