“Oğlum olduğu üçün xoşbəxtəm” - Gerye

“Oğlum olduğu üçün xoşbəxtəm” -  Gerye
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 12:25 2643
-  A +

“Həqiqətən, özümü möhtəşəm hiss edirəm. Axır ki, ilk oğlum dünyaya göz açdı. Buna görə xoşbəxtəm. Oğlumun adını Donald Gerye Junior qoymuşam". 

Bu sözləri Qol.az-a açıqlamasında 3-cü dəfə ata olan  “Qarabağ”ın futbolçusu Donald Gerye deyib.

Hazırda Haiti millisinin düşərgəsində olan 29 yaşlı müdafiəçi övladı dünyaya gəldiyinə görə yığmanın düşərgəsinə getməyəcəyi iddialarına da münasibət bildirib:

“Bəli, milliyə qoşulmayacaqdım. Ancaq daha sonra qərarımı dəyişdim. Bayrağım üçün komandamla birgə döyüşmək istəyirəm. Buna görə fikirimi dəyişib, yığmaya qoşuldum”.

Xatırladaq ki, keçən il Donald Geryenin azyaşlı qız övladı dünyasını dəyişmişdi.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı