"Hücumda istədiyimizi edə bilmədik” - Rəşad Sadıqov

"Hücumda istədiyimizi edə bilmədik” -  Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 15 Noyabr 2018 / 23:20 3330
-  A +

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik”.

Qol.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Ukrayna ilə Bakıda keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

Gənc çalışdırıcı 0:1 hesablıı məğlubiyyəti belə şərh edib: “Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı