Malta ilə səfərdə heç-heçə elədik, birini onlar vurdu, birini də biz. Əvvəllər səfərdə heç-heçə edəndə sevinərdik. Amma indi üzüldük. Malta ağıllı bir taktika seçmişdi, oyunun tempini aşağı salmışdı. Amma bizimkilər də tempi yuxarı qaldırmaq üçün heç özlərini öldürmürdülər. Bəzən topun dalınca qaçmağa ərinirdilər.
Qısası, oyundan görünürdü ki, futbolçularımız qələbəyə təşnə deyil.
Təbii ki, hamımız düşəcəyik Qurban Qurbanovun üstünə.
Tutalım, dövrümüzün həzrəti Qvardiolası Qurbandı. Bu çempionatla necə möcüzə icad eləsin?
Çempionatda 8 komanda var. Bu 8 komandada da əsas oyunçuların 40 faizi legionerdir. 60 faizi də eləsin 50 futbolçu. Onların da yarıdan çoxunun oyun səviyyəsi məhlə futbolundan bir az yüksəkdi. Bu 50-dən də 24-nü seçməlidi, onun da 14-nü oyuna buraxmalıdı.
Milli ölkə çempionatının güzgüsüdü. Ölkə çempionatı da göz önündə. Ona görə də onun güzgüsü əyri-üyrüdü.
Amma ruhdan düşməyə dəyməz. İnanırıq ki, millilərimiz yavaş-yavaş toparlanacaq.
Aqil ABBAS
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr