Finalın hakimi bilindi – DÇ-2018

Finalın hakimi bilindi –  DÇ-2018
DÇ-2018 12 İyul 2018 / 22:43 6893
-  A +

DÇ-2018-in final oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, iyulun 15-də Fransa və Xorvatiya arasında keçiriləcək həlledici matçı argentinalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nestor Pitana olacaq.

İyulun 14-də Belçika və İngiltərənin üçüncülük uğrunda oyunu isə iranlı hakimlərə tapşırılıb. Matçı Əlireza Fəqani idarə edəcək.

Daha çox


Son xəbərlər