“Neymar dedi ki, ayağını zərbədən qorumaq üçün belə edir” – Ronaldo

“Neymar dedi ki, ayağını zərbədən qorumaq üçün belə edir” –  Ronaldo
DÇ-2018 11 İyul 2018 / 13:43 5664
-  A +

“Biz hamımız dünya çempionatında Neymardan daha artığını gözləyirdik. O, ölkənin əsas  hücumçusudur, ondan gözləntilər böyükdür”.

Qol.az-ın məlumatına görə, bu sözləri Braziliya futbolunun canlı əfsanəsi Ronaldo “As” nəşrinə açıqlamasında deyib.

İkiqat dünya çempionu yığmanın lideri olan hücumçunun DÇ-2018-dəki zəif çıxışı haqda fikirlərini bildirib: “Ona mundiala köklənmək üçün nəsə mane oldu. Mən Neymarla hələ söhbət etməmişəm, amma aydın görünür ki, o, tam gücü ilə oynamır. Bilmirəm, bəlkə də zədə ilə bağlı ola bilər. Neymar gənc və istedadlıdır, üzərinə böyük məsuliyyət düşür". 

Ronaldo Neymarın həddindən artıq simulyasiya etməsinə və bunun tənqidlə qarşılanmasına da münasibət bildirib: “Mən bu haqda onunla söhbət etmişəm. Mənə deyib ki, ayağını zədədən qorumaq üçün belə edir. Sosial şəbəkələrdə haqqında yazılanlara fikir verməməlidir”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı