İllər öncə bunu xəyal edə bilməzdik. "Rusenborq"la oyun bir başlanğıc idi. Sıfırdan başlayıb Çempionlar Liqasının qrupunda bitəcək bir arzunun başlanğıcı. O zaman "Qarabağ"ın legioneri filan da demək olar yox idi. İnanmadığımız azərbaycanlı uşaqlara inanan Qurban Qurbanov bu işi bacardı. Xəyalı gerçək etdi. Onda heç Qurban Qurbanova da inanmırdıq...
ÇL qrupunun astanasındayıq. Bakı stadionunda ilk dəfə rəsmən dünyanın ən mötəbər klub turnirinin himni səslənəcək. Bu işi inanmadığımız Qurban Qurbanovun rəhbərlik etdiyi, adına qurban olduğumuz "Qarabağ" bacardı. İndi yenə inamımız güclü deyil...
Yeri gəldi gəlmədi Əfranı, Rəşadı başqa azərbaycanlı oyunçuları tənqid edir, onları fitə basırıq. Amma bu gün başqa gündü. Bu gün əfranlara, rəşadlara 90 dəqiqə dayanmadan dəstək olmalıyıq. Nə olur olsun! Udsaq da uduzsaq da! Çünki, bizdən fərqli bu uşaqlar azərbaycanlı azarkeşlərə inanaraq bu yerlərə gəlib.
Bu gün həm də azarkeşlərin qalib gəlib-gəlməyəcəyi bir oyundu. Bu tarixi "Qarabağ" azarkeşlərlə bir yerdə yazacaq! Bütövləşib, bir olub, 90 dəqiqə meydanda və tribunada rəqibi təzyiq altında saxlayıb, şoka salıb yazacağıq bu tarixi! Anşlaq olacaq! Hamı "Qarabağ"ın qələbəsini yalnız sözdə yox ürəkdə, əməldə istəyəcək və 90 dəqiqə susmayacağıq! Əfran bu gün danimarkalıların başına oyun açacaq! İkinci mərtəbədə həm boy həm keyfiyyətcə bizdən üstün olan rəqibə top verməyəcəyik! Pressinqlərini faydasız edəcəyik! "Qarabağ"ın futbolçuları artıq gözüyumulu nə etməyi bilir. "Qarabağ" bir yapon maşınıdı!
Bulmekerlərin çempionumuzu ÇL-də günün şanslı komandalarından biri kimi görməyi təsadüf deyil! Onlar da "Qarabağ"a inanır! Biz niyə inanmayaq ki?! Bu yerlərə Qurbanla Rəşadla Əfranla gəldik. "Rusenborq"la o tarixi də bu BÖYÜK AZƏRBAYCANLILAR yazmışdı.
Həmin oyunlardan əvvəl mətbuatımızda ilk dəfə "Qarabağ" artıq "xalq komandasıdı" yazmışdım. Bu dəfə isə "Qarabağ" artıq dünyəvi komandadı" yazıram. Çünki onlara yalnız dünya azərbaycanlıları yox, bir çox başqa ölkələrin futbol qurmanları da könül verib!
"Qarabağ"ın müdafiəçilərinin boyu rəqiblərdən kiçik ola bilər. Amma ürəkləri onlardan böyükdü! Miçel kimi boylu-buxunlu, lazım gələndə müdafiədə havada krallıq edəcək oyunçularımız da var.
"Rusenborq"la oyundan əvvəl "rəhmətlik həmkarım Adil Qaçayoğlu üçün bu qələbəni qazanmalıyıq" yazmışdım. Bu dəfə istedadı qədər bəxti olmayan Dani Kintana üçün oynayacaq həm də komanda yoldaşları!
Artıq "Qarabağ" o "Qarabağ" deyil. Qurban da o Qurban deyil. Təmkinli, sözün hər mənasında PEŞƏKAR və soyuqqanlı bir kollektiv var. Topla rəqibdən daha yaxşı rəftar edən, daha ürəkli, daha istəkli bir çempionumuz var! Qol və ya qollar buraxıb hesabda geri düşsə belə sonadək mübarizə aparıb ÇL qrupuna düşəcək "Qarabağ"ımız var!
Uğurlar, könüllərimizin ÇL qalibi!
Uğurlar, "Qarabağ"!
Anar ŞABANOĞLU
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi