Sərvətini futbolumuza fəda edən adam – Tarixin şəkli

Sərvətini futbolumuza fəda edən adam – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 30 Dekabr 2016 / 14:38 9840
-  A +

Şahbaz Süleymanov və ya çoxlarının “Şəmkirli Saşa” kimi tanıdığı xeyriyyəçi insan. O, 1990-cı illərin sonlarında “Şəmkir” klubunu himayəsinə götürür. Azərbaycanın bir çox ünlü futbolçusunu komandasına cəlb edir. Baş məşqçi vəzifəsinə Ağasəlim Mircavadov gətirilir. Bu şəkil də onların klubdakı bitgə fəaliyyəti zamanı çəkilib.

“Şəmkir” tarixinin ən parlaq dövrünü məhz Şahbaz Süleymanovun klubun sponsoru olduğu dövrdə keçirdi. Komanda dalbadal iki dəfə (1999-2000 və 2001-2002 mövsümündə) Azərbaycan çempionu adını qazandı. “Şəmkir” Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi də futbol tariximizə düşüb. 2000-ci ildə bu komanda o zamanların məşhur klublarından olan Riqa ”Skonto”suna qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.

Sonradan Şahbaz Süleymanov maddi durumu pisləşməsi səbəbindən kluba himayədarlıq edə bilmədi. Elə o vaxtdan da “Şəmkir” futbol səhnəsindən silinməyə doğru getdi... Yalnız son illər komandanın yenidən dirçəlməsi üçün iş görülür.

Qeyd edək ki, Şahbaz Süleymanov 2013-cü ilin iyulun 1-də vəfat edib.


Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord