"Məğlubiyyətlər komandaya psixoloji təsir edir" - Mladen Milinkoviç

"Məğlubiyyətlər komandaya psixoloji təsir edir" - Mladen Milinkoviç
GÜNDƏM 17 Sentyabr 2018 / 00:01 3976
-  A +

"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç  Topaz Premyer Liqasının 4-cü turunda "Neftçi"yə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Əlbəttə, düşünürəm ki, yaxşı oynadıq. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik və buraxdığımız qollarla uduzduq. Doğrudur, ilk hissədə hardasa bərabər oyun getdi. Müəyyən məqamlarda səhvlər də oldu. Ancaq ikinci hissədə oyunumuzu artırmadıq. Bəxtimiz də gətirmədi, bir neçə qol şansımızdan istifadə edə bilmədik. Fikrimcə, taktiki cəhətədn yaxşı oynadıq. Bildiyiniz kimi, "Neftçi"nin güclü hücum xətti var. Onların ön xətdə çıxış edən futbolçularının çoxunu bağladıq. Deyərdim ki, hücumçumuz Ander Klennon qol şanslarını əldən verdi. Futbolda kim qol vurursa, o da qalib gəlir. "Neftçi" bundan istifadə etdi və meydanı qalib tərk etdi. Deyərdim ki, bu gün "Keşlə" çox fərqli idi. Yaxşı mübarizə apardıq, çox istəkli idik. Ancaq təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

- Çoxsaylı qol imkanlarını qaçıran Klennonu niyə gec əvəzlədiniz?

- O, qol vura bilmədi, ancaq yaxşı oynadı. Qalib gəlməyimizə çox kömək edə bilərdi.

- Kamran Ağayev qapısını tərk edərkən ona iradını bildirdiniz, ancaq sizə qulaq asmadı...

- Onun bu hərəkəti haqda müxtəlif fikirlər ola bilər. O, qapısını tərk etdi və bunun nəticəsində 2-ci qolu buraxdıq. Həmin vaxt oyunun bitməsinə 1 dəqiqə qalmışdı. O epizodda Nikola Mitroviç cərimə zərbəsindən qol da vura bilərdi. Kamranın hərəkəti riskli idi. Ancaq 0:1 və 0:2 arasında fərqi yoxdur. Hakimlik pis olmadı, referi normal idarəçilik etdi. Ancaq məncə, 2-ci qol ofsayd idi.
 
- Bahodir Nasimov meydana daxil olanda hücum xəttiniz güclənmədi. O, ləngliyi ilə yadda qaldı. Nasimovun əvəzinə Amil Yunanovu buraxmaq daha düzgün olmazdı?

- Amil cəld futbolçudur, başa düşürəm. Ancaq Nasimovu hesaba uyğun olaraq meydana buraxdıq. Müdafiə xəttində ani konsentrasiyanı itirdik və bu, qolla nəticələndi.

- Samir Məsimov meydana çıxandan sonra 2 epizodda yaxşı şansları olsa da, bundan istifadə edə bilmədi. Ona iradlarını bildirdiniz?

- Fikrinizlə razıyam. Ona qarşılaşmadan sonra düşüncələrimi bildirdim. Futbolçu meydanda vaxtında qərar verməlidir. Vaxtında ötürmə etsəydi, bu, qolla nəticələnərdi və meydanı qalib də tərk edə bilərdik.

- 4 oyuna 1 xal və sonuncu yer. Hansı çatışmazlıqları aşkar edərək, aradan qaldırmağı düşünürsünüz?

- Təbii ki, məğlubiyyətlər komandaya psixoloji təsir edir. Ancaq bu, futboldur, belə şeylər olur. Məsələn, Albaniyada 6 oyuna 3 xal toplamışdım və sonra yaxşı nəticələr qazandıq. Əsas odur ki, qələbə qazanaq, motivasiyamız olsun.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın