“Monako”dan yeni transfer

“Monako”dan yeni transfer
XƏBƏR 12 Sentyabr 2020 / 09:40 2990
-  A +

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi italiyalı qapıçı Vito Mannoneni transfer edib. 32 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qolkiperin son klubu “Redinq” (İngiltərə) olub. Lakin o, geridə qalan mövsümü icarə əsasında “Esberq”də (Danimarka) çıxış edib. 

Qeyd edək ki, V.Mannone karyerası ərzində İngiltərənin “Arsenal”, “Hall Siti” kimi komandalarında da forma geyinib.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər