"Zirə" braziliyalı hücumçu aldı

"Zirə" braziliyalı hücumçu aldı
ÖLKƏ FUTBOLU 16 Avqust 2020 / 11:30 3880
-  A +

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytında xəbər yayılıb.

Komanda Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril",  klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.

Xatırladaq ki, "Zirə" bunadək Klesio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı, Lazar Corceviç, Hacıağa Hacılı və Cəlal Hüseynovu heyətinə qatmışdı.  




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər