Rəşad Sadıqov “Zirə”ni yenidən qurur – Daha 4 transfer

Rəşad Sadıqov “Zirə”ni yenidən qurur – Daha 4 transfer
ÖLKƏ FUTBOLU 19 İyul 2020 / 15:05 6697
-  A +

“Zirə” PFK yeni futbolçularla müqavilə bağlayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi açıqlamasında bildirilir. Klub Şəhriyar Rəhimov (son komandası “Səbail”) və Ruslan Qurbanovla (“Keşlə”) iki, Rəşad Əzizli (“Keşlə) və Tural Bayramlı (“Keşlə”) ilə isə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, dünən “Zirə” Klesio Bauk ("Qəbələ"), Rəşad Eyyubov ("Sabah"), Kərim Diniyev ("Sabah) və Sərtan Taşqınla ("Sumqayıt") da müqavilə bağladığını açıqlayıb.

Əlavə edək ki, yeni baş məşqçi Rəşad Sadıqovun gəlişindən sonra bu, “Zirə”nin həyata keçirdiyi 8-ci transferdir. Maraqlıdır ki, transferlərin yeddi nəfəri yerli oyunçudur.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər