"Məgər "Liverpul", "Real", "Barselona" liderdir?" - Tuhel

"Məgər "Liverpul", "Real", "Barselona" liderdir?" -  Tuhel
DÜNYA FUTBOLU 29 Oktyabr 2020 / 20:10 3333
-  A +

PSJ-nin baş məşqçisi Tomas Tuhel komandasının çox tənqid edilməsindən narazılıq edib.
 
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis həmin fikirlərlə razılaşmadığını bildirib:
 
“Tənqid problem deyil. Bunu mənə də edə bilərsiniz. Amma gəlin, realist olaq. “Yuventus” A Seriyasında liderdir? Yox. İngiltərədə “Liverpul” birincidir, yoxsa “Mançester Siti”? La Liqada “Barselona”, yoxsa “Real”? Biz Liqa 1-də liderik. Amma hamı deyir ki, hə, PSJ üçün bu, asandır. Heç də asan deyil. İnsanlar başa düşməlidirlər ki, rəhbərlik etmək həmişə çətindir”.
 
Qeyd edək ki, 8 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edən PSJ Çempionlar Liqasının H qrupunda 3 xalla 2-ci yerdədir.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"