İbrahimoviç virus haqda - "Zlatan deyilsənsə, risk etmə"

İbrahimoviç virus haqda -  "Zlatan deyilsənsə, risk etmə"
DÜNYA FUTBOLU 29 Oktyabr 2020 / 19:04 1708
-  A +

Bir müddət əvvəl koronavirusa yoluxan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç bu barədə danışıb.

Qol.az xəbər verirki, isveçli futbolçu çəkildiyi sosial reklam çarxında ənənəsinə sadiq qalaraq iddialı fikirlər səsləndirib, güclü insan olduğunu bildirib:

“Virus mənə meydan oxudu və mən onu məğlub etdim. Ancaq Zlatan deyilsənsə, özünü riskə atma, ağılla düşün. Qaydalara hörmət edin. Həmişə sosial məsafəni qoruyun və maska taxın ” - deyə İbrahimoviç qeyd edib.

Xatırladaq ki, 39 yaşlı forvardın sentyabrın 24-də virusa yoluxduğu məlum olub və oktyabrın 9-da onun növbəti testi mənfi çıxıb.

Əlavə edək ki, İbrahimoviç bu mövsüm  A Seriyasında 3 oyuna 6 qol vurub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı