“Dünya çempionatı keçiriləcək” – İnfantino

“Dünya çempionatı keçiriləcək” –  İnfantino
DÜNYA FUTBOLU 23 Oktyabr 2020 / 12:07 1780
-  A +

FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatına təsir etməyəcəyini bildirib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, qurum başçısı mundialın istənilən halda keçiriləcəyini deyib: “Bizim ehtiyat planımız yoxdur. Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçirilməlidir.

 


Son xəbərlər