"Mançester Siti"nin futbolçusu 6-8 həftə oynamayacaq

"Mançester Siti"nin futbolçusu 6-8 həftə oynamayacaq
DÜNYA FUTBOLU 22 Oktyabr 2020 / 14:44 1028
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Portu" ilə matçda (1:3) zədələnən "Mançester Siti"nin futbolçusu Fernandinyonun durumu ciddidir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 84-cü dəqiqədə meydanı tərk etməli olan 35 yaşlı yarımmüdafiəçinin 6-8 həftə oynamayacağını bildirib.

Qeyd edək ki, "Mançester Siti"də Kevin de Brüyne, Qabriel Jesus, Nathan Ake, Benjamin Mendi və Emerik Lyaport da zədədən əziyyət çəkir.


Son xəbərlər