Niderland klubunda növbəti kütləvi yoluxma

Niderland klubunda növbəti kütləvi yoluxma
DÜNYA FUTBOLU 20 Oktyabr 2020 / 22:20 971
-  A +

Niderlandın "AZ Alkmar" klubu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Napoli" ilə oyun öncəsi problemlə üzləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçular arasında koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb.

Adları açıqlnmayan 8 oyunçunun analizinin nəticəsi müsbət çıxıb. Erediviziya təmsilçisi məsələ ilə bağlı yerli federasiya və qitə futbol qurumunu məlumatlandırıb.

Xatırladaq ki, daha əvvəl klubun 9 əməkdaşında infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Napoli" - "AZ Alkmar" oyunu oktyabrın 22-də keçiriləcək.

 


Son xəbərlər