“Barselona”da daha bir itki

“Barselona”da daha bir  itki
DÜNYA FUTBOLU 15 Oktyabr 2020 / 19:38 2815
-  A +

“Barselona” daha bir ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina yığmasının düşərgəsində zədələnib.

O, ötən gecə UEFA Millətlər Liqasında Polşa ilə səfər oyununda (0:3) sıradan çıxıb. Futbolçu belindən ağır zədə alıb. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 33-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Barselona”da Jordi Alba və Junior Firpo da zədəlidir. Pyaniçin zədəsinin nə dərəcədə ciddi olduğu yaxın günlərdə dəqiq bilinəcək.


Son xəbərlər