El Şaaravi koronavirusa yoluxdu

El Şaaravi koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 14 Oktyabr 2020 / 14:55 1064
-  A +

İtaliya milli komandasının futbolçusu Stefan El Şaaravi koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Roberto Mançini yerli mətbuata açıqlama verib. O, koronavirus testi müsbət çıxan El Şaaravinin özünü yaxşı hiss etdiyini bildirib. 27 yaşlı futbolçu yığmanın düşərgəsini tərk edib.

İtaliya yığması UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Görüş saat 22:45-də start götürəcək.


Son xəbərlər