Üç komanda ÇL-in qrup mərhələsində - Yenilənib

Üç komanda ÇL-in qrup mərhələsində - Yenilənib
DÜNYA FUTBOLU 30 Sentyabr 2020 / 00:53 6201
-  A +

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. "Qarabağ"ı 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran  Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olub. İlk matçda evdə 3:3 hesablı heç-heçə edən "Molde" səfərdə qolsuz bərabərə qalıb. Bununla da Budapeşt təmsilçisi səfər qolları sayəsində qrup mərhələsinə yüksəlib.

Digər görüşlərdə Dinamo" "Gent"ə 3:0 hesabı ilə qalib gələrək, "Olimpiakos" "Omoniya" ilə qolsuz bərabərə qalaraq qrup mərhələsinə adını yazdırıb.

ÇL-də mübarizəni dayandıran "Gent", "Molde, "Omoniya" Avroliqanın qrupunda çıxışlarına davam edəcək.

29 sentyabr

Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0
Qollar:
Buyalski, 9, De Pena, 36-pen, Rodriques, 49-pen
İlk oyun - 2:1

23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3

30 sentyabr

23:00.  PAOK (Yunanıstan) - “Krasnodar” (Rusiya)
İlk oyun - 1:2

23:00. “Zalsburq” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail)
İlk oyun - 2:1

23:00. “Midtülland” (Danimarka) - “Slaviya” (Praqa, Çexiya)
İlk oyun - 0:0


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi