"Tottenhem"in rəqibinə texniki məğlubiyyət verildi

"Tottenhem"in rəqibinə texniki məğlubiyyət verildi
DÜNYA FUTBOLU 25 Sentyabr 2020 / 16:38 3987
-  A +

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu keçirilməyəcək.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinə texniki məğlubiyyət verilib.

Sentyabrın 22-də keçirilməli olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınmışdı. Artıq “Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.

Joze Mourinyonun komandası növbəti raundda “Çelsi” ilə üz-üzə gələcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı