"Koronavirus mənə meydan oxumağa cəsarət etdi" - İbrahimoviç

"Koronavirus mənə meydan oxumağa cəsarət etdi" -  İbrahimoviç
DÜNYA FUTBOLU 24 Sentyabr 2020 / 21:30 3142
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bildirib.

Qol.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə şəxsi Tvitter hesabında paylaşım edib. O, vəziyyətinin yaxşı olduğunu qeyd edib:

"Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır".

Xatırladaq ki, Zlatan İbrahimoviç bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin Norveçin "Bodo Qlimt" klubu ilə qarşılaşmanı buraxacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı