Çempionlar Liqasının qalibi turnirdən kənarlaşdırıldı

Çempionlar Liqasının qalibi turnirdən kənarlaşdırıldı
DÜNYA FUTBOLU 24 Sentyabr 2020 / 10:59 5010
-  A +

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, komanda ÇL-in B qrupunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubu ilə qarşılaşmalı idi.

Ancaq 15 futbolçusu koronavirusa yoluxan "Əl-Hilal" görüşün təxirə salınmasını istəsə də, Asiya Futbol Konfederasiyası bunu qəbul etməyib. Bundan sonra klub start heyətə 9 oyunçu və ehtiyata 2 qapıçı daxil edib. Qaydalara görə isə matçın iştirak ərizəsində ən azı 13 futbolçu olmalıdır. Bu səbəbdən görüş ləğv olunub və "Əl-Hilal" turnirdən kənarlaşdırılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistan təmsilçisi ötən mövsüm ÇL-in qalibi olmuşdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın