Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər - UEFA açıqladı

Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər -  UEFA açıqladı
DÜNYA FUTBOLU 23 Sentyabr 2020 / 14:48 3146
-  A +

UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir.

Hans-Diter Flik (“Bavariya”), Yulian Naqelsmann (“Leyptsiq”) və Yurgen Klopp ("Liverpul") isə ən yaxşı baş məşqçi adına namizəd olublar. Maraqlıdır ki, hər üç mütəxəssis almandır.

Münhen təmsilçisi ötən mövsüm Hans Flikin başçılığı ilə Bundesliqanın, Almaniya kubokunun,  eləcə də Çempionlar Liqasının qalibi olub.
 
“Liverpul” isə “Yurqen Klopp” ilə UEFA Superkubokunu qazanıb və 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olub.

Yulian Naqelsmanna gəldikdə isə “Leypsiq” 33 yaşlı məşqçi ilə Çempionlar Liqasının yarımfinal mərhələsinə kimi irəliləyib.

Qeyd edək ki, qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı