"Molde"nin oyununda 6 qol, "Olimpiakos" və "Dinamo"dan qələbə

"Molde"nin oyununda 6 qol, "Olimpiakos" və "Dinamo"dan qələbə
DÜNYA FUTBOLU 24 Sentyabr 2020 / 01:00 12551
-  A +

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib  gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u (Macarıstan) qəbul edib. Oyunda qapılara 6 qol vurulub - 3:3. Digər görüşlərdə "Dinamo" "Gent"in, "Omoniya" "Olimpiakos"un qonağı olub.


Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.


23 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Gent” (Belçika) - “Dinamo” (Ukrayna) - 1:2
Qollar:
Kleyndienst, 41 - Supriaqa, 9, de Pena, 79

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) - 3:3
Qollar:
Ceyms, 55, Eykrem, 65, Ellinqsen, 83 - Boli, 7, Uzuni, 52, Xaratin, 87

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) - 2:0
Qollar:
Valbuena, 69 (pen.), əl-Arabi, 90+2

22 sentyabr

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2

23:00. “Slaviya” (Praqa, Çexiya) - “Midtülland” (Danimarka) - 0:0

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı