Movsisyanlar – yalançı bakılılar
[28.01.2014]

Anar ŞABANOĞLU

Ermənistan milli komandasının futbolçuları özlərindən əməlli-başlı söz etdirməyə başlayıb. Son seçmə mərhələlərdə göstərdikləri oyun və qazandıqları nəticələrlə bütün dünyada, xüsusən də qitəmizdə rəğbət qazanmağı bacaran bu gənc nəslin ən parlaq nümayəndələrindən biri də hazırkı Rusiya çempionatında keçirdiyi 16 oyunda 12 qol vuraraq bombardirlər siyahısına başçılıq edən Moskva "Spartakı"nın hücümçusu Yura Movsisyandı.

Öz dirnaqarası futbolçularımız bu futbolçudan, həmçinin Dortmund "Borussiyası"nın 10 nömrəsi Hamlet Mxitaryandan və Ermənistan millisinin demək olar ki, bütün futbolçularından peşəkarlığın sirrlərini oyrənə bilər. Amma mövzu başqadı. Yura Movsisyanın bioqrafiyasında bizim üçün çox maraqlı bir məqam var. Onun Amerika pasportunda doğum yeri qrafasında "Baku" yazılır. Anlaşılan bu ki, söhbət Konqo Demokratik Respublikasının şəhərindən deyil, paytaxtımızdan gedir. Yuradan əvvəl də Bakıda kifayət qədər tanınmış erməniəsilli idmançılar dogulub. "Neftçi"nin heyətində SSRİ çempionatının və DÇ-66-nın bürünc mükafatçısı, "Ararat"ın heyətində SSRİ çempionu və çempionatın gümüş mükafatçısı, ikiqat SSRİ kubokunun qalibi, 1974-cı ildə Herd Müllerlə bərabər Avropa Çempionlar Kubokunun bombardiri (əlbəttə, karyeraları ərzində titul qrafasındakı "şayba"nı düzəldə bilməyən "əfsanəvi" veteranlarımız bu nailiyyətlərə minbir kölgə sala bilər) Eduard Markarovla titullarının sayı-hesabı olmayan və çoxlarının bütün dövrlər üçün dünyanın ən yaxşı şahmatçısı saydığı Harrı Kasparovun adını çəkmək kifayətdir. Amma bu iki böyük idmançının Yuradan bir fərqi var. Onların bakılı olmaqları təkzibedilməz faktdır. Yaşlı nəslin Eduard Markarovun babası Aqalara kimi tanıyacagı istisna deyil. Harri isə anasının soyadını götürsə də, məşhur yəhudikökənli Vaynşteyn nəslindəndi. Hətta Harrinin əmisioğlunu gənc nəsildən də çoxları tanıyır.

Timur Eynşteyn "Bakılı oğlanlar"ın (əslində "Parni iz Baku" "Bakıdan olan oğlanlar" kimi tərcümə olunmalıdı) üzvlərindən olub. Amma Yura Movsisyanın bakılılığı şübhə və qaranlıqlarla doludu. Ötən ilin avqust ayının ikisində "Rossiyskaya qazeta"da "Yuri Movsisyan haqda 10 maraqlı fakt" başlıqlı yazısda erməni müəllif Artur Nanyan ilk maraqlı fakt kimi futbolçunun 1987-ci ildə Bakıda doğulub 1999-da Los Ancelesə köçməsindən başqa internetdə heç bir məlumatın olmadığını, Movsisyanın özünün bir dəfə də olsun bu mövzuya toxunmadığını qeyd edir. “Sport-Ekspress” qəzetinin 7 fevral 2011 tarixli sayında Pavel Alyoşinə müsahibə verən idmançı "Bakıda anadan olmuşam və kiçik yaşlarımdan ABŞ-a köç etmişik, futbolla məşğul olmaga da, Pasadena şəhərinin highschool məktəbində başlamışan" deyir.

Onu da qeyd edim ki, Yura rusca danışmasa da, ermənicə çox təmiz danışır. Maraqlıdı ki, oğlundan fərqli az da olsa rusca danışan bilən anası Aida son müsahibəsində 1999-un dekabrında Amerikaya  köçdüyünü, oğlunun bir neçə ay yük daşımaqla fəhləlik etdiyini və yalnız 2000-ci ilin avqust ayından məktəbə getdiyini deyib. Belə çıxır ki, 1997-ci ilin avqustunda anadan olsan Yura 13 yaşından fubolla məşğul olmağa başlayıb... Nəzərə alsaq ki, bütün dünyada futbolçuların yaşazaltma saxtakarlığı geniş vüsət alıb, bu, 13 yaşından yox, 14, 15 və daha sonra da ola bilər. Bundan başqa Movsisyanın anası ilk dəfə açıqlama verib ki, onlar yuxarıdakı müsahibədə oğlunun dediyi kimi 1999-da birbaşa Bakıdan Los-Ancelesə yox, Qarabağa qaçıblar, Qarabağdan Rostova, ordan da Moskvaya pənah gətiriblər. Amma, nədənsə, Aida Movsisyan Bakı haqda kəlmə kəsməyib, deyib, evlərində bu mövzuya toxunmağa qadağa var. Azərbaycana gələndə yaxşıca yallanan müəllif İqor Rabiner isə fantaziyasını işə salaraq Bakı haqda mənfi fikirlər yazıb, amma bir dəfə soruşmayıb ki, necə olur ki, Bakıda bugün də bakılılar ruscanı azərbaycancadan yaxşı danışir, siz unudursuz? Necə olur, oğlunuz 12 yaşına kimi Bakıdan vurub, Rostovdan, Moskvadan çıxır, amma, rusca kəlmə kəsəmmir?

Odur ki, Aida Movsisyana bir zamanlar "Amısterdamda myadovıy mesyaçdı, nədi" kimi zərb məsələ çevrilən sözləri ilə də ünlüləşən eks-deputat Musa Musayevin bir fikri ilə cavab verək: "Ayıb deyil, adamda bir insaf olar axı!" 

Anar ŞABANOĞLU,
“Futbol+” qəzeti

P.S. Bütün Ermənistan bilir ki, Movsisyan ailəsi sığınacaq almaq üçün sənədlərini saxtalaşdıraraq ABŞ dövlətinə Bakıdan qaçdıqları haqda yalan məlumat verib. Bu, uzun zamandır qonşu dövlətin vətəndaşları üçün kütləvi hal alıb. İstisna deyil ki, Azərbaycanın adından istifadə edib başqa ölkələrdən sığınacaq alan ermənilərin sayı qədər tarixən ölkəmizdə erməni yaşamayıb.

9937 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün