Bizim futbolçuların zehniyyəti [10.01.2014] Aydın Bağırov Uzun müddətdir “Futbol +” qəzetində diqqətimi çəkən, çox vaxt maraqlı izlədiyim bir rubrika var. Bəri başdan əziyyət çəkib bu layihəni aparan həmkarıma təşəkkürümü bildirirəm. Dərinə gedəndə, təəccüblü deyil. Böyük Üzeyir bəyin adı çəkiləndə bir cəmiyyətin ali məktəb bitirən müəyyən gənc təbəqəsinin də ağlına Aygünün duet ortağı gəlirsə, öz nəhəng əsərləri ilə bu milləti qaranlıqdan aydınlığa çıxarmağa çalışan dahi Axundovun, Mirzə Cəlilin, Əbdürrəhim bəyin yazılarındansa, bizi yenə o qaranlığa aparan “elmi və tarixi araşdırmalara” meyl salırsa, əlbəttə ki, kitab və ciddi yazı oxumayan futbolçu klassiklərimizin kim olmasıyla bağlı sualın qabağında donub qalacaq. Nə isə, gəlirəm, əsas mətləb üzərinə. Həmin bu rubrikada məni yaxşı mənada təəccübləndirən Ruslan Abışov olub. Pis-yaxşı, bir futbolçunun və idmançının biləcəyi səviyyədə sualların əksəriyyətinə doğru cavab verib yarışın qalibi adını qazanıb. Qəzetin bugünkü sayında isə bu münasibətlə Ruslandan götürülən müsahibədə jurnalist Tahir Mirzə soruşur ki, “oynadığın “Rubin”də kitab və qəzet çox oxuyurlar, yoxsa burda – Azərbaycanda?” Ruslan isə deyib ki, “Rubin”də futbolçuların əksəriyyəti səfər zamanı kitab oxuyur”. Və təbii ki, dərhal da əks-sual gəlir: “Burda belə deyil, hə?” Əla cavablardır: iki cümləylə rus və digər millətlərdən olan futbolçuyla bizimkilər arasında düşüncə fərqini ortaya qoyur. Ruslan, özünün dediyinə görə, orta məktəbdə 9-cu sinifə qədər yaxşı oxuyub, indi də danışığı, hərəkəti, davranışı və mədəniyyəti ilə ən azı bir çox həmkarına nümunə sayıla bilər. Adı yadımda deyil, bir futbolçumuzdan soruşmuşdular ki, son dəfə futbolla bağlı hansı kitabı oxumusan? Cavab vermişdi ki, mən ancaq dini kitabları oxuyuram. Təbii ki, dini kitab oxumaq, ibadət etmək, Tanrıya xoş gələn istənilən addımı atmaq gözəl bir şeydir, Allahı sevən və onun varlığını qəbul edən hər bir insanın borcudur. Bəli, şou-biznes məzmunlu bir iki xəbəri çıxmaqla dünya futbolunda gedən ciddi prosesləri izləmirlər, ən azı qardaş Türkiyənin futbolçularının öz ölkələrində necə sevilmələrinin, bir şəxsiyyət kimi necə formalaşmalarının səbəbini araşdırmırlar. Bahalı maşın, var-dövlət, yaxşı istirahət barədə düşünmək qəbahət deyil, əksinə, təqdir olunası haldır. Amma bütün bunlar sənin şəxsiyyətindən zirvədə olmamalıdır. Dünyada gəzmədikləri ölkə qalmayıb, amma bu, onların 60-70 faizinin dünya görüşünə 5 qram da təsir etməyib. Deməli, problem ondadır ki, bu gün bizim təkcə oyunu yox, həm də mənəviyyatı şikəst olan neçə-neçə futbolçumuz var. Zamanında bunları etməyəndə isə qocalanda olursan Azərbaycanın aşağıda bəhs edəcəyim əhvalatın dırnaqarası qəhrəmanı olan bu veteran futbolçusu. Arda Turan “Atletiko” ilə birgə Bakıya gələndə “Bakı”nın prezidenti Hafiz Məmmədov qonaqların şərəfinə ziyafət təşkil etmişdi. Həmin tədbirdə bizim o futbolçumuz “səninlə fəxr edirəm, qürurumuzsan” deyə-deyə güya özünün yazdığı kitabı az qala Ardanın gözünə soxurdu. Axırda, Arda nəzakətlə ağsaqqaldan kitabı qəbul etdi. Bizimki də cavab verdi ki, bəs, kitabımı imzamla sənə hədiyyə etmək istəyirəm. Arda təşəkkürünü bildirib razılaşdı. Bizim bu veteran sonda qayıdıb adı Avropada dillər əzbəri olan türk ulduzdan soruşdu: Özünüzə yaxşı baxın! |