Euro League! Let`s go “Qarabagh”   (Azerbaijan)
«İNTER» - «QARABAĞ» OYUNUNA SÖZARDI
[24.05.2009]

Mirhacib MƏCİD

Uzun müddətdir, hansısa oyunu belə həyəcanla gözlədiyimi və izlədiyimi xatırlamıram. Azərbaycan kubokunun dünən keçirilən “İnter” - “Qarabağ” matçı haqqında yazılası şey çoxdur. Stadion, ot örtüyü, azarkeşlər... hər şey mükəmməl idi. Qarşılaşmanın özü haqqında isə bunları söyləmək çətindir. Sönük oyun keçdi. 90 dəqiqə ərzində maraqlı epizodların, təhlükəli məqamların sayı həddindən artıq az idi. “Qarabağ” bütün komponentlərdə rəqibini üstələyirdi. Azarkeş, oyun, təşkilatçılıq baxımından Ağdam komandasının açıq üstünlüyü sezilirdi. Sanki ”Qarabağ” Avrokuboklarda oynayırmış kimi həyəcanlıydı və rəqib hansısa xarici komanda idi.
Stadiondakı azarkeşlərin də dediyi kimi, nədənsə, adamın ürəyi heç “İnter”ə yatmır. Bunun da səbəbi heç şübhəsiz, komandanın adından tutmuş , oyunçularına, rəhbərliyinə kimi xaricilərdən təşkil olunmasıdır. Sevindirici məqam odur ki ki, “Qarabağ”ın start heyətinin 80 faizi yerli oyunçulardan ibarət idi. Bununla belə, fikrimcə, “Qarabağ”da problemlər də az deyil. “Qarabağ”a təcili olaraq bir səviyyəli hücumçu lazımdır. Məncə, “Qarabağ”ın bu cinahda böyük problemləri var.
Oyun ərzində bəzi xoşagəlməz hadisələr yaşandı. Azarkeşlərin “Ayağa qalxmayan, erməni olsun” şüarları heç də hamı tərəfindən xoş qarşılanmadı. Hətta böyük söz-söhbətlərə səbəb oldu. Təbii ki, matça gələn hər kəs fanat olmur və oyunu ayaq üstə izləməyə, komandaları dəstəkləməyə məcbur deyil. Bu baxımdan, bu cür şüarları səsləndirmək fikrimcə, o qədər də düzgün sayılmamalıdır.
Digər bir xoşagəlməyən məqam isə azarkeşlərin yandırdıqları fişənglər oldu. Fişənglərin çox pis qoxusu vardı və bu da azarkeşlərin haqlı narazılığına səbəb oldu. Məhz o iyə görə xeyli sayda azarkeş öz sektorunu dəyişmək məcburiyyətində qaldı.
Mirhacib MƏCİD

P.S. Matçın bitimində “Qarabağ”lı oyunçuların, xüsusilə komandanın vitse-prezidenti Tahir Gözəlin sevinci nəyə desən, dəyərdi.
P.P.S. “Qarabağ”ı iyul ayından etibarən çətin oyunlar gözləyir. Bu komandadan Avroliqada ən azı iki tur keçməyi gözləyirəm. Hər bir azarkeş kimi mən də Ağdam komandasının ilk oyununu səbirsizliklə gözləyəcəm. Tabloda “Qarabagh” (Azerbaijan) yazılacaq günü.
Uğurlar, “Qarabağ”!
Let`s go “Qarabagh”

 

 

5909 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
14.03.2024  14:52 "Qarabağ"ın yaratdığı inam - Almaniyadan reportaj
04.06.2012  13:49 Foqtsla Mihayloviçin və Gökdəmirlə Aurelionun fərqi
28.10.2009  11:38 "Şükrü Saracoğlu", derbi və Hakan Şükür