“Rəvan”dan ziddiyyətli qərarlar
[26.08.2012]

Anar Xanlarov

Jurnalistikada planlaşdırılmış və planlaşdırılmamış yazılar olur. Planlaşdırılmış yazı odur ki, hansısa bir mövzu haqqında bir müddət düşünürsən, mövzunun məğzi olacaq hadisələrin gedişatını izləyirsən, materail toplayırsan və yekunda yazını yazırsan. Planlaşdırılmamış yazı isə, adından göründüyü kimi, ani təfəkkürün məhsuludur. Mənim bugünkü yazım da planlaşdırılmamış yazıdır.

“Rəvan”ın baş məşqçisi Cavad Gülərin istefaya göndərilməsini gözləmirdim. Hətta bu xəbəri eşidəndə çaşıb qaldım. Gülər işdən çıxarılmazdan cəmi iki gün bundan qabaq mənə “Rəvan”dakı gələcək fəaliyyətini, görəcəyi işləri, klubun strategiyasını anladırdı. Hətta hər sözünün sonunda “bir az zamana ehtiyacımız var, hər şey yaxşı olacaq” fikrini də işlədirdi. Gülərlə müsahibənin ertəsi, “Qarabağ”la oyundan bir gün əvvəl klubun vitse-prezidenti Bəhruz Şirəliyevdən götürdüyüm müsahibədə də istefa mövzusunun qoxusu belə gəlmirdi. Hətta klub rəsmisi bununla bağlı ünvanladığım suala “3-4 oyuna görə baş məşqçini istefaya göndərməzlər” cavabını vermişdi.

Amma klub rəhbərliyinin verdiyi sözlə attıdığı addım arasında çox böyük ziddiyyət var...

Açığı, zaman-zaman məhz bu cür halları əsas tutaraq klublarımızı qeyri-peşəkarlıqda günahlandırıq. Başqa həmkarlarımın necə düşündüyünü bilmirəm, şəxsən mənim üçün bu, anormal qərardı. Səbəbini izah edim.

Bəli, Bəhruz bəyin cümə günü verdiyi açıqlama ilə tamamilə razıyam, 3-4 oyuna görə məşqçini istefaya göndərməzlər. Elədirsə, hansı məntiqlə məşqçi işdən çıxarılır? Səbəb kimi komandanın ilk dörd turdakı çıxışı göstərilir. Mən özüm də turun şərhi ilə bağlı yazımda “Rəvan”ın dörd tura üç xal yığmasını, üç qol vurub beş qol buraxmasını müsbət qarşılamamışdım. Amma bu, baş məşqçinin istefaya göndərilməsinə səbəb ola bilməz. Səbəb budursa, kökündən yalnış və gülüncdür. Nəzərə alaq ki, “Rəvan” çempionluğa oynayan “Xəzər Lənkəran”, “Bakı” və “Qarabağ” kimi komandalardan xal almağı bacarıb. Özü də ilk iki komanda ilə oyunda hesabı açan tərəf olmuşdu. Bu gün hansı məntiqlə baş məşqçiyə “sən “Xəzər Lənkəran”, “Bakı”, “Qarabağ”ı udmalıydın, bunu bacarmadınsa getməlisən” demək olar?

“Rəvan” rəhbərliyi iddialı açıqlama verə bilər, komandanın ilk “altılığ”a düşməsi tələb oluna bilər, ancaq gəlin, reallığı da nəzərə alaq. “Rəvan” bu gün büdcəsinə, şəraitinə, heyətindəki futbolçuların səviyyəsinə görə, yuxarıda adları çəkilən hər üç komandadan zəifdir. Ancaq bununla belə Gülər həmin komandalara uduzmadı. Yalnız AZAL-la oyunu istisna etmək olar ki, arada bu cür matçların olması təbiidir.

Nə isə. Nə vaxta qədər ki, futbola yanaşmamız dəyişməyəcək, inkişafa nail olmağımız da mümkünsüzdür.

Sonda Bəhmən Həsənov haqda da fikir bildirmək istəyirəm. Məncə, Bəhmən bəy özünə hörmət qoyursa, artıq o postda işləməməlidir. Necə ki, “Kəpəz” Fuad İsmayılovdan istifadə edir, o cür də “Rəvan” Bəhmən Həsənovdan istifadə edir. Hətta mən buna ələ salmaq da deyərdim. Bəhmən Həsənov artıq üçüncü dəfədir ki, istefaya göndərilir və sonradan yenidən klubun başına gətirilir. Əgər Həsənov zəif məşqçidirsə, niyə hər dəfə boş qalmış posta o təyin edilir? Yox, əgər güclü məşqçidirsə, o zaman niyə daha öncə iki dəfə istefaya göndərilib?

Anar XANLAROV

7706 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?