Almaniya çempion olacaq!
[16.06.2012]

Anar Xanlarov

Artıq “Avro-2012” əsas mərhələsinə qədəm qoyur. Bu gün start götürəcək qrup mərhələsindəki son turun oyunları ilə yavaş-yavaş 1/4 mərhələnin iştirakçıları məlum olmağa başlayacaq. Təbii ki, futbol ictimaiyyətinin, azarkeşlərinin, futboldan yazan jurnalistlərin əsas müzakirə mövzusu da məhz Polşa və Ukraynada keçirilən Avropa çempionatıdır. Hərə öz fikrini bildirir, proqnozunu verir, azarkeşlik etdiyi komandanı dəstəkləyir. Mən də özü-özlüyümdə qısaca araşdırma aparıb proqnoz vermək bacarığımı yoxlamaq istəyirəm. Baxmayaraq ki, bu işlərlə heç vaxt məşğul olmamışam və bu mənim üçün o qədər də maraqlı olmayıb. Bu yazını proqnoz kimi yox, adi bir jurnalistin təhlili kimi qəbul edə bilərsiniz. Öncə ondan başlayım ki, həmişə olduğu kimi, bu turnirdə də Almaniya milisini dəstəkləyirəm. Daha doğrusu, 1990-cı il dünya çempionatından bu yana bu komandaya azarkeşlik edirəm. Düşünürəm ki, “Avro-2012”nin də qalibi məhz onlar olacaq. İndi isə daha ətraflı təhlilə və proqnozlarma keçim.

Açığı Rusiyanın oyununu çox bəyənirəm. Yeganə komandadır ki, hesabda öndə olsa da oyunu hücumda keçirir. Xorvatiya haqqında da xoş sözlər demək olar. Hətta mən düşünürəm ki, onlar ya İspaniyanı, ya da İtaliyanı qrupda qoyub ¼ finala vəsiqə qazanacaqlar.  Hollandiyanın fiaskosunu da normal qarşılamaq lazımdır. Əgər İtaliya qrupda qalsa, bunu daha böyük hadisə kimi qarşılamaq olar. Çünki bu zaman italyanlar Xorvatiyaya boyun əymiş olacaq. Xorvatiyanın isə dünya futbolundakı çəkisi İtaliyadan azdır. Ancaq B qrupunda vəziyyət 3 nəhəngi üz-üzə qoyub ki, bunlardan da birinin uğursuzluğa düçar olacağı qaçılmaz idi. Hər halda qrupdan üç yox, iki komanda ¼ finala vəsiqə qazanır. Bu dəfə uğursuz Hollandiya oldu. Əminəm ki, bu uğursuzluğu Hollandiya yox, Portuqaliya və ya Almaniya yaşasaydı yenə eyni dərəcədə ajiotaj doğuracaqdı. Odur ki, hollandların iddialı komandalarla mübarizədən məğlub ayrıldığını düşünsək, bunu faciəyə çevirmək lazım deyil. Ukraynaya da böyük simpatiyam olsa da, açığı etiraf etməliyəm ki, onların oynadığı futbol nəhənglərlə ayaqlaşmağa imkan vermir. Məsələn, bu gün Rusiya və Xorvatiya Ukraynadan daha baxımlı, daha gözəl futbol oynayırlar. Ukraynalıların heyətində ulduz futbolçu yoxdur. Heç Alan Dzaqoev səviyyəsində də futbolçu yer almır. Ümid yalnız 36 yaşlı Andrey Şevçenkoyadır ki, onun da hazırkı gücü, təcrübəsi yalnız İsveç kimi komandalarla oyuna yetərlidir. Şeva artıq əvvəlki Şeva deyil ki, təkbaşına Fransa, İngiltərə kimi komandaları məğlub etsin. Bu mənada onların qrupdan çıxacağını çox istəsəm də, bunun baş verəcəyinə inanmıram. Yəqin ki, ¼ finala vəsiqəni ingilislərlə fransızlar qazanacaq. Çoxları finalda Almaniyanın İspaniyaya rəqib olacağını düşünür. Ancaq nədənsə mən öz müşahidələrimə əsaslanaraq belə fikirləşirəm ki, Rusiya millisi sürpriz edərək, finala çıxa bilər. Dzaqoevin isə turnirin kəşfi olacağını proqnozlaşdırıram. Bombardir isə yəqin ki Qomez olacaq. Hər halda bunlar mənim proqnozlarımdı:

Çempion: Almaniya
Sürpriz: Rusiya
Tapıntısı: Alan Dzaqoev
Bombardir: Mario Qomez

Proqnoz vermək bacarığımın hansı səviyyədə olduğunu çempionatın sonunda biləcəm.

 

6033 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?