“Neftçi”, bəs, buna sözün nədir?
[07.05.2012]

Anar Xanlarov

Ötən həftə yazdığım “Budurmu, “Neftçi”nin peşəkarlığı?” başlıqlı yazının bu qədər ajiotaj doğuracağını gözləməzdim. Daha doğrusu, paytaxt klubundan etiraz olacağını təxmin etmişdim. Amma bu dərəcədə də yox.

Öncə klubun vitse-prezidenti Tahir Süleymanov mətbuata müsahibə verərək “bizi qeyri-peşəkarlıqda ittiham edənlər qaydaları açıb oxusunlar” fikrini səsləndirdi. Daha sonra “Neftçi”nin mətbuat xidmətinin əməkdaşı Gündüz Abbaszadənin imzası ilə klub adından redaksiyamıza etiraz məktubu gəldi. Orada da FİFA-nın qaydaları və “Neftçi”nin bu qaydalara uyğun hərəkət etdiyi vurğulanır. Hər iki şəxslə çox yaxşı münasibətim və hər ikisinə böyük hörmətim var. Həm Tahir müəllimlə, həm də Gündüz qardaşımla razıyam, bəli, FİFA qaydalarına görə klubu ilə müqaviləsi bitmək üzrə olan istənilən futbolçu bitimə 6 ay qalmışdan istənilən klubla danışıq apara bilər. Bu qaydalardan mənim də xəbərim var və yazının sonunda da bunu göstərmişəm. Amma FİFA qaydalarının mənim yazıma nə dəxli var, bax, bunu anlaya bilmirəm. Məgər, mən “Neftçi”ni hansısa qayda pozuntusunda ittiham eləmişəm ki, mənə FİFA qaydalarını xatırladırsınız? Bəlkə yazımda “Neftçi” Rəşad Sadiqovla qanunsuz danışıqlar apararaq, FİFA qaydalarını pozdu” deyə iddiada bulunmuşam?

Hüquqi cəhətdən “Neftçi”ni  heç bir məsələdə ittiham eləmədiyim halda mənə qaydaları xatırlatmağa nə gərək var? Bəli, qaydalara görə, “Neftçi” heç bir yalnışlığa yol verməyib. Mənim etirazım məsələnin mənəvi tərəfi ilə bağlıdır. Yəni, “Neftçi” “Qarabağ”ın çətin günlərində onun kapitanı ilə klubundan xəbərsiz danışıq aparıb, razılığa gəlməklə qarşı tərəfə hörmətsizlik edib. Fikrimcə, bu, peşəkar kluba yaraşan hərəkət deyil. Kimsə məni peşəkarlıqla etikanı qarışdırmaqda günahlandırmasın. Ona qalsa, gərək, həmin şəxslər yerdə qalan rəqibə görə topu auta çıxarmayıb gedib qol vuran futbolçunu da tənqid etməsinlər. Çünki heç bir qaydada belə şey yazılmayıb. Məncə, fikrimi hamıya çatdıra bildim.

İndi gəlim, məsələnin ikinci tərəfinə. Bu dəfə artıq “Neftçi”ni etik yox, hüquqi cəhətdən peşəkar olmamaqda ittiham etməyə haqqım var. Niyə? Bildiyiniz kimi, paytaxt klubu Ağdam klubunun daha bir futbolçusu olan Əfran İsmayılova da təklif göndərərək onu heyətində görmək istədiyini deyib. Elə Əfran özü də saytımıza açıqlamasında bunu təsdiqləyib: “Bəli, həqiqətən də “Neftçi” klubundan mənə təklif gəlmişdi və onlar məni öz heyətlərində görmək istəyirdilər. Lakin mən təklifdən imtina elədim. Çünki “Qarabağ”la 1 illik müqaviləm var, buradan heç hara getmək haqda düşünmürəm. Bunu “Neftçi” tərəfinin də nəzərinə çatdırdım və dedim ki, təklifiniz üçün çox sağ olun, amma mənim irəlidə “Qarabağ”la qazanmalı olduğum uğurlar var”.

Yaxşı, qaydalarla danışırsınızsa o zaman mən də qaydalarla danışacağam. Əfran İsmayılov ötən yay “Qarabağ”la 2 illik müqavilə imzalayıb və həmin müqavilənin 1 ili hələ də qalmaqdadır. FİFA-nın qaydalarına görə isə hər hansı bir klub başqa klubla 1 ildən artıq müqaviləsi olan futbolçunu heyətinə qatmaq istəyirsə, birbaşa həmin futbolçunun şərəfini qoruduğu kluba rəsmi təkliflə müraciət etməlidirlər. FİFA qaydaları klubdan xəbərsiz futbolçu ilə danışıq aparmağın qadağan olduğunu göstərir. Nənki danışıq, hətta həmin futbolçuya zəng edib təklif irəli sürmək də qanunsuzluq sayılır. Belə çıxır ki, indiki vəziyyətdə “Neftçi” bütün qaydaları tapdalayıb və sözün əsl mənasında qeyri-peşəkar addım atıb. Çünki başqa klubla 1 illik müqaviləsi olan futbolçuya onun klubundan xəbərsiz təklif göndərib. FİFA-nın qaydaları “Qarabağ”a “Neftçi”ni hətta məhkəməyə vermək səlahiyyəti də verir. Yəni, “Qarabağ” rəhbərliyi tam haqlı olaraq, onlardan xəbəsriz Əfranla əlaqə saxlayıb onu öz heyətinə dəvət edən “Neftçi”ni məhkəməyə verə bilər. Hə cənablar, buna sözünüz nədir?

Anar XANLAROV

7285 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?