Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ"ı keçdi, baş məşqçi oldu

Yazarlar
 “Qarabağ” haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Avroliqada pley-offçular bəlli oldu
"Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
UEFA Superkubokunu "Atletiko" qazandı
Linklər
525ci Qəzet

Bir az dərindən düşünsək...
[14.05.2018]

Şakir YAQUBOV

Əzizim Aydın, çoxdan bəri məni düşündürən bu qeydləri Məhəmməd Salah barədə sənin feysbuk statusundan sonra yazıram.

Sən bu gəncin barəsində (1992-ci il iyunun 15-də anadan olub, yəni hələ 26 yaşı olmayıb) Çempionlar Liqasının “Roma” ilə ilk yarımfinal oyunundakı çıxışından sonra yazmışdın və hətta məsələni belə də qoymuşdun: yəni indi dünya futbolunda Salahdan güclü müsəlman futbolçu varmı? Bu suala futbolçunun özü həmin yarımfinal görüşündən sonrakı dörd rəsmi matçda bircə yüzfaizli qol vəziyyəti yaratmamaqla və ya onun üçün yaradılmış fürsətləri boşa verməklə cavablandırdı: demədi ki, düşündüyün futbolçudan yoxdur; dedi ki, sual hələ çox tez verilib, onu cavablandırmaq üçün hələ minimum 1(BİR) il də gözləmək lazımdır. Söhbət heç də qol vurub-vurmamaqdan getmir, əsil oyunçu keyfiyyətlərindən, bu keyfiyyətlərə malik olub-olmamaqdan gedir. Məncə indiki halda Salahda – becid start sürətindən savayı -  bu keyfiyyətlər  hələ çatışmır.

Dünya futbolunun tarixi sübut edir ki, bütün dahi futbolçular fenomen olduqlarını məhz 25-26 yaşdan sonra təsdiqləyirlər. O vaxta qədər bütün vunderkindlər elə vunderkind olaraq qala bilirlər. Ən azı, mən bu 68 yaşımda belə görmüşəm. Yaddaşım bir az mənə vəfasızlıq edir və mən indi konkret soyadlar xatırlaya bilmirəm... Amma biri yadıma düşdü – Anatoli Banişevski. Onu da xatırlayıram ki, 25-30 yaşlı Banişevski heç cür 18-20 yaşlı Banişevski deyildi və ola da bilmədi...



Salaha qayıdıram. Bu adam keçən il “Roma”da oynayırdı və təcrübəli Luçano Spalletti əksər oyunlarda hücumda  Edin Ceko ilə yanaşı ona və Stefan Şaaraviyə bel bağlayırdı. Çempionatın yekunu belə oldu: Ceko – 37 oyunda 29 top; Şaaravi – 32 oyunda 8 top; Salah – 31 oyunda 15 top. Əslində, Salahın göstəriciləri o qədər də pis deyil, amma indiki göstəricilərindən xeyli geri qalır. Bunun başlıca səbəblərindən biri ümumiyyətlə oyunçuya məşqçinin münasibətindən asılıdır, daha doğrusu, onu hansı mövqedə oynatmasından asılıdır. İndi “Liverpul”da Salah ona həvalə olunan missiyanı “Roma”da əldə etməmişdi. Premyer-liqanın ilk 10 turunda mərkəz hücumçusu (qoleador) mövqeyinə D.Starriclə F. Koutinyo da (sonradan bu iki futbolçu müxtəlif səbəblərə görə “Liverpul”u tərk edib) şərik idi, buna görə həmin 10 oyunda Salah cəmi 5 top vurmuşdu və təbii ki, liderliyə də iddialı deyildi.
Mənim fikrimcə, Salah həqiqətən tərifəlayiq əvəzsiz futbolçu olduğunu o halda sübut edər ki, məsələn, transfer olunacağı “Real”da,”Barselona”da və ya başqa bir komandada builki oyununu göstərə bilsin. Tək olanda, komanda ona oynamayanda Salah gizli potensiallı oyunçu olaraq qalır. Bunu elə indiki dörd oyun da göstərir...

P.S. Mən bu qeydləri çox əsəbi başladım, amma klaviaturda hərfləri dənə-dənə axtarıb tapıb taqqıldadanda əsəbiliyim də getdi. Ancaq əsas dediyim fikir qaldı: istənilən futbolçu, o cümlədən Salah barədə müəyyən mərhələdən sonra fikir yürütmək daha düzgün olar...

Şakir YAQUBOV

3167 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
29.07.2018  12:43 FİFA və UEFA-ya belə üzv olduq...
07.06.2018  15:31 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
14.02.2018  13:48 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  17.08.18
13:25
  25 illik "Yuventus" karyerası bitdi
13:00
  "Qarabağ"ı keçdi, baş məşqçi oldu
12:40
  Premyer Liqamızda 2-ci turun - hakim təyinatları
12:30
  "Şerif" "Qarabağ"a belə rəqib oldu - Video
12:04
  "Keşlə"də 2 yeni futbolçu
11:30
  Məşhur məşqçi Cənubi Koreya millisində
11:02
  "Qarabağ"ın "Şerif"lə oyunlarının saatı açıqlandı
10:35
  Avroliqada pley-off mərhələsinin cütləri
10:12
  Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
09:44
  "Zenit"dən möhtəşəm qələbə - Video
02:00
  “Barselona”nın müdafiəçisi Fransa klubunda
01:43
  Çex “Çelsi” ilə oyunda start heyətində yer alacaq
01:23
  Avroliqada pley-offçular bəlli oldu
01:09
  “O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”
00:51
  “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
00:36
  “Proqres” Rusiya futbolu tarixinə düşdü
00:17
  “Yaxşı heyətimiz var” - Marselo
00:00
  “Zenit”dən fantastik “come back”
  16.08.18
23:00
  Mourinyo "Başakşəhər"in düşərgəsində - Şəkil
21:35
  Uruqvay millisinin üzvü "Milan"da
20:55
  "Yuventus"da yeni müqavilə
20:14
  Qola bərabər ötürmələr - Video
19:40
  "Barselona"nın futbolçusu İtaliya klubunda
19:10
  "Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə
18:40
  Luis Enrikenin köməkçiləri müəyyənləşdi
18:18
  "Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli
18:02
  "Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
17:49
  Bu həftənin xilaskar qapıçıları - Video
17:20
  Lukaku millidən gedəcəyi vaxtı açıqladı
16:59
  "Fənərbaxça"nın futbolçusu A seriyası klubunda
16:35
  "Arsenal"ın yeni kapitanı nə vaxt qayıdır?
16:10
  Əsədov beynəlxalq federasiyada yüksək vəzifəyə seçildi
15:54
  La Liqanın bəzi oyunları ABŞ və Kanadada keçiriləcək
15:20
  “Qarabağ” haqda...
15:14
  PSJ yeni transferi ilə müqavilə imzaladı
14:50
  Birinci divizionda mövsümün tam təqvimi
14:29
  Şeydayev Rusiya Premyer Liqa klubunda - qol vurdu
13:59
  "Millidən getməyi düşünürdüm, amma.." - Toni Kroos
13:28
  Poqbanın "Barselona" israrı
13:05
  "Arsenal"ın qapıçısı "Napoli"də
12:41
  Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi
12:15
  “Qafqazinfo” 8-ci qolu vurdu…
12:14
  Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı
11:53
  De Brüynenin son durumu - neçə ay oynamayacaq?
11:29
  İstanbulda keçiriləcək UEFA superkubokunun vaxtı açıqlandı
11:11
  Avroliqanın oyunları - Etopaz-da
10:52
  Simeone superkubok zəfərindən danışdı
10:15
  Avropanın ən güclüsü! - Şəkillər
09:48
  "Atletiko" bizi cəzalandırdı" - Lopeteqi
01:55
  "Real" - "Atletiko" oyununda 6 qol - Video
01:33
  UEFA Superkubokunu "Atletiko" qazandı
01:00
  Dieqo Kostadan tarixi qol
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  15.08.18
23:00
  "Barselona" "Boka Xuniors"a qalib gəlib kubok qazandı
22:15
  "Real" - "Atletiko": heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore