Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Ramil Şeydayev Rusiya Premyer Liqasında debüt etdi

Yazarlar
 “Qarabağ” haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Messidən tarixi qol - 9 ildə 2-ci dəfə
Ronaldo "Yuventus"da rəsmi debüt etdi
Linklər
525ci Qəzet

Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
[14.02.2018]

Şakir YAQUBOV

Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.

Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”

Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.

Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...

Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının

heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.

İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.

İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...

Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”

5756 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
29.07.2018  12:43 FİFA və UEFA-ya belə üzv olduq...
07.06.2018  15:31 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
14.05.2018  11:31 Bir az dərindən düşünsək...
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  20.08.18
01:50
  “Sumqayıt”dan 4 qollu qələbə - Video
01:33
  “Şeydayev hələ hazır deyil” - Tixonov
01:15
  Aquerodan 9-cu het-trik, 140-cı qol
00:57
  Ayaz Quliyevdən qol və məhsuldar ötürmə
00:41
  "Neftçi" - "Qəbələ" - Şəkillər
00:29
  “Neftçi”dən daha yaxşı oynadıq” - “Qəbələ”nin legioneri
00:12
  "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi"
00:00
  “Bundan da yaxşı çıxış edə bilərik” - Nazim Süleymanov
  19.08.18
23:02
  “55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim” – Təmkin Xəlilzadə
22:50
  "Neftçi" - "Qəbələ": geniş icmal - Video
22:21
  "Neftçi" və "Sumqayıt"dan qələbə
21:23
  "Rəqibin təzyiqinə görə 5 müdafiəçi ilə oynadıq" - Bordin
21:04
  "Üzücü məğlubiyyət oldu" - Sənan Qurbanov
20:47
  "Mançester Siti" 6 qolla qalib gəldi - Video
20:01
  "Sabah" - "Sumqayıt": heyətlər açıqlandı
19:50
  Millimizin üzvü Çexiyada növbəti qolunu vurdu
19:22
  Ramil Şeydayev Rusiya Premyer Liqasında debüt etdi
18:46
  Millimizin üzvü üçün 19 dəqiqə
18:00
  "Neftçi" - "Qəbələ": heyətlər açıqlandı
17:30
  İbrahimoviç 21 milyon ziyana düşdü
16:50
  Baptista futbola qayıtdı
16:20
  "İndi futbolu düşünəcək vəziyyətdə deyiləm" - Qriqorçuka nə olub?
15:47
  Türkiyə millisinin üzvü "Qalatasaray"da – rəsmi
15:15
  "Şerif"in pley-offa yüksəlməyi çox şeydən xəbər verir" - Ozobiç
14:38
  Ronaldo ilə toqquşmadan sonra burnu qırıldı – xəstəxanalıq oldu
14:12
  "Barselona" qələbə ilə başladı - Video
13:52
  Hazard qərarını verdi – gedir, yoxsa qalır?
13:19
  Nazarov 71 dəqiqə oynadı, komandası kubokla vidalaşdı
12:52
  Etopaz-da 82 canlı oyun
11:49
  "Hər şey Qurban Qurbanovdan asılıdır" – Rahid Əmirquliyev
11:02
  "Ronaldonun belə tez uyğunlaşmasına təəccübləndim" - Alleqri
10:36
  Messidən tarixi qol - 9 ildə 2-ci dəfə
01:25
  London derbisini "Çelsi" qazandı - Video
01:00
  “Günah tək Rəşadda yox, bütün komandadadır” – Maksim Medvedev
00:40
  Renat qələbə qolunu vurdu, meydandan qovuldu
00:20
  Klublarımızın yay transferləri - Yenilənir
00:10
  "Zirə" - "Keşlə" oyununda 4 qol - Video
00:01
  “Göylərdə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq” – Miçel
  18.08.18
23:00
  Millimizin üzvü "Dinamo"ya qarşı oynadı
22:23
  "Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi
22:17
  Ronaldo "Yuventus"da rəsmi debüt etdi
21:45
  "Qarabağ"ın qələbəsi - Video
21:29
  "Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov
21:17
  "Bunu hər komanda edə bilmir" - Aftandil Hacıyev
20:05
  "Zirə" - "Keşlə": heyətlər
19:19
  Ronaldo start heyətdə
18:08
  "Səbail" - "Qarabağ": heyətlər
17:30
  "Qarabağ" "Şerif"lə oyunlar üçün 22 futbolçu sifariş etdi - siyahı
16:59
  Premyer Liqamızın iki oyunu canlı yayımda
16:19
  Ramil sabah Rusiya çempionatında debüt edə bilər
15:53
  "Real" seçim qarşısında: ya Rodriqo, ya da Dias
15:17
  "Şerif" – "Qarabağ": hakimlər açıqlandı
14:58
  "Səbail"in sabiq futbolçusu "Jilina"dan ayrıldı
14:13
  Ronaldo ilk turda oynayacaqmı? – Alleqri açıqladı
13:25
  PSJ Neymarı "Real"a satır?
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore