Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
[31.01.2018]

Aydın Bağırov

- Harda qalır komanda?

- “Mardan”da...

***

“Mardan”, ya da rəsmi adıyla desək, “Mardan Palace”. Antalyanın da deyil, dünyanın ən nəhəng otellərindən biri. Tikintisinə bir milyard yarım dollardan çox pul xərclənən bu oteldə üç-dörd gün qalmaq mənə də qismət olur. Bir turizm sərgisində iştirak üçün qardaş ölkədəyəm. Azərbaycandan gəldiyimdən tədbirin təşkilatçıları məni məhz həmyerlimiz Telman İsmayılova məxsus “Mardan”da yerləşdirirlər. Hələ onun Putin hakimiyyəti tərəfindən çox möhkəm sıxışdırılan vaxtları deyil.

Otelin giriş qapısını üzümə iki hündürboy və gülərüz şveytsar açır. Doğma türkcələrində “hoş geldiniz, efendim” söyləyib məni nəzakətlə içəri, daha doğrusu, imperatorlara xas tərzdə inşa edilən bu əzəmətli saraya dəvət edirlər. Heyrətdən donub qalıram: tavandan asılan böyük, deyilənə görə, dəyəri yüz min dollarla ölçülən lüstürlər, bahalı divan-kreslolar, yerə döşənən xırmızı xalılar, piano. Və ətrafdan boylanan bir portret. Rəhmətə gedən Mərdan kişinin şəklidi, Telman İsmayılovun atasının. Otel də elə onun şərəfinə belə adlandırılıb. Bir-iki il əvvəl mənim bu gün gecələyəcəyim “Mardan”ın dünyaya səs salan açılışında iştirak etmək üçün kimlər yox idi?! Ünlü iş adamları, oliqarxlar, dünya şou-biznesinin əjdahaları – Meray Kerri, Riçard Gir, Şeron Stoun... Və kaş indi yenə də burda olaydız, Monika Beluççi!


***

- Siz doğrudan da, “Mardan”da qalırsız?

Almatıdan tədbiri işıqlandırmaq üçün gəlmiş, milliyyətcə qazax olan xanım jurnalist təəccüblə soruşur. Əslində, cavabı bir az çəkinərək, bir az da utanaraq verirəm. Çünki həmin oteldə qalmaqda öyünüləsi nəsə görmürəm. “Hə” deyirəm və qəfil Qazaxıstandan gələn, amma görkəmcə Şərq qızlarına bənzəyən başqa bir jurnalist xahiş edir ki, kömək edin, biz yarım saatlığına da olsa o otelə girib şəkillər çəkdirək. “Mardan”ın menecerlərinin razılığını almazdan əvvəl ona müraciətlə “siz qazaxa bənzəmirsiz, milliyətinizi bilmək olar?” – soruşuram.

Gülüb keçir. Sual da qalır havada. Yarım saat sonra otelin menecerindən xəbər gəlir: “Bəli, həmkarlarınız otelimizdə çəkiliş apara bilərlər”. 

Antalyanın ən böyük sərgi salonundan çıxıb otelə gedəndə onlar məndən Azərbaycan, mən də onlardan Qazaxıstan haqda soruşuram. Qarabuğdayı qız daha həvəslə öz ölkələri haqda danışır. “Siz amma qazax deyilsiniz” deyib ona bayaq, sərgi zamanı verdiyim sualın havada qaldığına işarə vururam və yenə də cavab ala bilmirəm.

Amma artıq otelə çatıb onun içində, çölündə - İstanbul boğazının bənzəri olan böyük hovuzun ətrafında, hovuzun üzərindəki “Fatih Sultan Mehmet körpüsü”nün üstündə, ölkə prezidentləri və ən azı milyonçular üçün nəzərdə tutulan “Dolmabahçe” sarayının qarşısında yüzə yaxın şəkil çəkib qurtarandan sonra o qız sakitcə, sanki yanındakı həmkarının eşitməməsi üçün qulağıma pıçıldayır:

- Mən erməniyəm!

***

“Neftçi”nin “Mardan”da qaldığını öyrənib ora gedəndə yolboyu həmin hadisə yenə gözümün önündə canlanır. Adi bir sual qarşısındakı bu qədər uzun susqunluğun səbəbi bəlkə elə bu sadə cavabdaymış? Klassik erməni hiyləsində! O qızın “erməni olduğum üçün birdən otelə aparılmaram” düşüncəsində?

Otelin qarşısına çatanda fikrim dağılır. Özlüyümdə düşmək üçün hazırlıq görürəm. Amma bizi aparan sürücü maşını dayandırmadan “Mardan Palas”ın qarşısından sürətlə ötüb keçir.

- Biz bu ünvana gəlməliydik, axı.

- Kefdən danışırsan! “Neftçi” otelin özündə yox, sport-kompleksində qalır.

Azərbaycanlı sürücümüz narazı-narazı deyinir: “Neftçi” gedib çıxıb dünyanın o başına...” Yol getdiyimiz 40, ya 45 dəqiqədi. Antalyanın kiçik kənd evlərinin, dükanlarının qarşısından keçdikdən sonra çala-çuxur yola düşürük. Yolun ətrafı isə... Elə bil qamışlıqdan böyük bir park salıblar. Maşın dəqiqəbaşı bərbad yolun təsirindən tullanıb-düşür.

“Neftçi”ni sanki ətraf ələmdən tam təcrid ediblər. Axır ki, gəlib çatırıq. Antalyanın məşhur “Mardan” stadionunun yanındakı idman kompleksi. Qarşıma ilk çıxan Tahir Süleymanov olur. Özünə xas tərzdə, ərklə soruşur:

- Salam, kişi. Necəsən?

- Gəlib, hara çıxmısız?! Komandaya niyə işgəncə verirsiniz?

- Əsl komanda, peşəkar futbolçu elə belə yerdə qalmalıdı ki, yaxşı hazırlıq keçsin, fikri-zikri ancaq məşqdə olsun. Sadıq müəlllim...

Böyükağa Hacıyevin gəldiyini görüb, vitse-prezidentlə söhbəti yarımçıq saxlayıram. Sözü yarımçıq qalır. Hər halda bura gəliş səbəbimiz baş məşqçiylə müsahibə eləməkdi. Bizi görüb əsl Naxçıvan ləhcəsiylə soruşur:

- Qardaaaaş, xoş gəlmisiiz...

Müsahibəmiz uzun çəkir. Danışığından, intonasiyasından turnir cədvəlində “Qarabağ”ın onlardan irəlidə olmasını həzm edə bilmədiyi açıq görünür. Axırda dözməyib içindəkilər tökür: “Mən Qurbana göstərəcəm. Sezonun sonunu gözləsin, görəcək...” Elə bil Qurban Qurbanova müharibə elan edir. Yəni, komandam yenə çempion olacaq (və yeri gəlmişkən, olur da).

Sonra Berti Foqts barədə danışır. Özü də sərt şəkildə. Həm onu, həm də onu bu vəzifəyə gətirən AFFA-nı tənqid edir. Ümumiyyətlə, danışığı və hazırcavablığıyla jurnalistlər üçün maraqlı persona olması yenilik deyil. Söhbətin diktofonsuz hissəsində tam ciddiyyətlə soruşur:

- Eşiidisəənn? Görürsən müsahibələrim nətəhər çox oxunur?

- Elədi, müəllim. Sizin açıqlamalarınız həmişə  maraqla qarşılanır.

- O gün saytınıza baxdım, mənim dediklərim 5300 dəfə oxunmuşdu eee....

- Bəli, elədi.

- Heç başqalarının müsahibəsin o qədər oxuyurlar?..

- Ən tirajlı adamlardan biri sizsiniz.

- Görəssən, bu müsahibə də çox oxunacaq. Nətəəri danışdım?

- Əla!


***

İlahi, insan gör nələrə fikir verirmiş. Danışdıqlarının necə reaksiya doğurduğuna, saytda neçə insanın oxuduğuna. Və doğrudan da, həm o müsahibəsi, həm ondan sonrakılar həmişə maraq doğururdu və doğurmaqdadı.

Amma onda, o müsahibə götürüləndə 2013-ci il idi. “Neftçi” çempion olub Azərbaycanı Avroliqanın qrupunda təmsil etmişdi və növbəti çempionluğu qazanmaq yolundaydı. Növbəti və hələlik qazandığı son çempionluq yolunda...

İndi isə 2018-ci ildi və indi “Neftçi” 1:8 uduzur...

Aydın BAĞIROV

Email: [email protected]

4921 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
23.10.2018  14:01 AFFA “Qarabağ”ı necə boğur?
17.10.2018  14:38 Gürcüstanla fərqimiz
19.09.2018  11:28 “Qarabağ”la Lissabona – təyyarə qeydləri
11.09.2018  14:50 Maltadan Bakıya qayıdanda...
09.09.2018  09:48 Millinin təyyarəsindən reportaj
31.08.2018  13:32 Dani Kintananın əsaları
27.08.2018  13:52 Azarkeş və futbolçu problemi
24.08.2018  13:48 “Qarabağ”a nə olub?
16.08.2018  15:20 “Qarabağ” haqda...
09.08.2018  14:37 Rəşad haqda...
02.08.2018  13:55 Niyə ancaq “Qarabağ”?
20.07.2018  13:58 “Neftçi” haqda...
13.07.2018  13:52 Vicdan məsələsi
09.07.2018  13:39 Mundial, biz və Samir Abasov
30.06.2018  11:00 Kərim Ansarifardın bizə mesajı
16.06.2018  15:22 Moskva küçələrindən qeydlər
22.05.2018  14:55 Günahkar tək AFFA-dı?
14.05.2018  12:55 Altay Əliyevin 40 yaşına…
03.05.2018  14:40 Futbolu ləkələyən qumarbazlar haqda
26.04.2018  14:49 Ramin Musayevlə futbol mübahisələri...
18.04.2018  15:36 Qazaxıstanla Qazax futbolunun fərqi
11.04.2018  13:46 "Roma"nın oyununda: əvvəl və sonra
03.04.2018  15:42 “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
02.04.2018  14:13 Futbolumuzun dörd tragikomik faktı
16.03.2018  13:29 Malenanın oynadığı Azərbaycan millisi
15.03.2018  14:56 Kamran Quliyevin Klublar Komitəsi haqda
23.02.2018  14:20 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
14.02.2018  12:33 Pul hanı?
11.02.2018  12:44 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
06.02.2018  15:01 “Neftçi”ni bu günə jurnalistlər saldı...
22.01.2018  17:06 Fatih Terimlə qanqaraldıcı görüş
12.01.2018  13:00 Vaqif Cavadova bircə sual
08.01.2018  15:58 Belə etmə, Rəşad!
20.12.2017  16:03 Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi
19.12.2017  16:09 Ramilin yeri “Qarabağ” deyil...
14.12.2017  15:54 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
12.12.2017  13:02 Bakıda Banişevskinin adına niyə stadion yoxdu?
11.12.2017  13:02 Banişevskiyə necə kələk gəldilər?
07.12.2017  16:54 Sağ ol, "Qarabağ"! Grazie, Roma!
04.12.2017  11:46 İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər
09.12.2009  20:47 Azərbaycan futbolunda gizli savaş