Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Xorvatiyadan qələbə, Argentina İslandiya ilə bacarmadı
Almaniya uduzdu, Braziliya xal itirdi
İsveç, Belçika və İngiltərədən qələbə
İtaliya klubu "Qarabağ"dan nə qədər pul istəyib?
“Qrupdan çıxsaq, bir şüşə araq içəcəyəm”
Linklər
525ci Qəzet

Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
[28.01.2018]

Tahir SÜLEYMANOV

Millinin heyəti açıqlandı. Qurban Qurbanovun ilk sınağıdır. Futbolçuların seçimi ilə bağlı müzakirələr səngimir. Mütəxəssis, jurnalist, azarkeşlərin subyektiv fikirləri təbiidir, başadüşüləndir. Obyektiv səbəblər isə tam fərqlidir...

Azərbaycan futboluna böyük pulların axını başlayanda indiki milli üzlərinin bir çoxunun 10-12 yaşları var idi. U-21-n futbolçuları isə futbol bir tərəfə, yeriməyi təzə öyrənirdilər. Bəxtləri də gətirmişdi. Özləri də bilmədən "yağ-bal" içində üzəcəkdilər. Daha öncəki futbol nəsli kimi "peraşki" dövrü keçməyəcəkdilər. Qalırdı gələcək istedadların əlindən tutub futbolu öyrətmək. Öyrədildimi?!

Futbolun kabab iyinə axın başladı nə başladı. Qohum, dost, yerli, işsiz-gücsüz, öz sahələrində bacarıqsızlar ordusu üçün kabinetlər, fərdi maşınlar, "paket"lər ayrıldı. Futbolda 11 nəfərin oynadığını futbola gələndən sonra öyrənənlər  "dəllək"liyə başladılar. Pul qırpmaq üçün yeni "layihə"lər, yeni "ideya"lar işə düşdü. Top çiləyə-çiləyə uşaq futbolçular yetişmirdi, istedadlar məhv edilirdi...

Bu gün millilərdə çıxış edən Mahir Mədətov, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Abbas Hüseynov və digərləri onların əməyi deyil. Təkcə on ildi AFFA-da bəslənilən Lippertin illik vəsaiti ilə onlarla istedadlı futbolçu yetişərdi. Federasiyada isə monopoliya yaradıldı.

Uşaq-gənclər futbolu gələcək peşəkar futbolun təməlidir. Futboldan bixəbərlər uşaq futboluna rəhbərlik edirlər. 100 milyonlarla vəsait havaya uçurulur. İndi deyirlər ki, uşaq futboluna biz cavabdehlik daşımırıq. Bəs hanı qeydiyata alınan 100 min futbolçu?! Kimlər cavabdehdi kağız üzərində yaradılmış qalaq-qalaq "futbolçu"lara?!.
Ziyanın yarısından geri qayıtmaq əvəzinə bacarıqsılıqlarını örtbastır etmək üçün xaricə üz tutdular. Klublara idman direktorlarını sırıyıb dövlətin milyonlarını Avropa banklarına yönəltdilər. Kütləvi şəkildə onlarla futbolçu milliləşdirildi...

Vəziyyət nə həddə çatıb ki, dəvət göndərilən futbolçu düşmən ölkədə “Artsax” adlı kluba keçir. Bu, tək futbolumuza deyil, xalqımıza, dövlətçilimiyizə qarşı cinayətdir, düşmənçilikdir. Yarıtmaz futbol strategiyası nəticəsində klublar dağıldı, dağıdıldı...

İndi isə millinin heyəti, futbolçuları müzakirə olunur. Əgər futbolumuzun parlaq sabahını görmək istəyiriksə qeyd etdiklərim və etmədiklərim yüzlərlə obyektiv səbəblər müzakirəyə çıxarılmalıdır. Hər birimizin başına gəlib. Azərbaycan futbolunda işini bilənlər hər zaman hədəfdə olublar. Futbola cavabdehlər, Toşak, Gede, Starkov, Dənizli, Adams, Lippert, Sxadadze, Nikolov, Avşar, nə bilim Pakistandan gətirlmiş idman direktoru, məşqçiləri isə yada salan yoxdu. Bizdən apardıqları milyonları xərcləyib kənardan seyr edirlər...

Azərbaycan futbolunda 3-5 işini bacaran, nəticə verən yerli mütəxəssis var. Onlar da yox edilsin? Onsuz da illərdi "sapı özümüzdən olan baltalar"ın sayəsində ona doğru planlı şəkildə gedilir. Bununla futbol düzələcəkmi?!.

Qurban Qurbanov, Rəşad Sadıqov və digər məşqçilərin millilərə gəlməsi bir şansdır. Onların ətrafında bütün sağlam qüvvələr birləşməli, narazılıqlar, şəxsi maraqlar kənara qoyulmalıdır. Hədəf, hədəflər Azərbaycan futbolunun gələcəyi naminə doğru seçilməlidir.

Bu gün millilərə keyfiyyətli futbolçular tapılmırsa bunun günahı bu gündə deyil. Amil Yunanov və digərləri də milliyə çağırıla bilər. Bununla Azərbaycan futbolunun yarası sağalmayacaq. Futbolumuza yeni inkişaf modeli gətirilməli, yeni sistem formalaşdırılmalı, yarıtmaz, təsadüfi insanlar futboldan yox edilməlidir. Ağacın budağına çalaq etməklə kök düzəlmir...

On ildi Azərbaycan futbolunu məhv edənlər illərin "qurd"u Berti Foqts, "Real", "Barselona" görmüş Prosineçkiləri yola salıblar. Onlara futbol yox, yeni "qurban"lar lazımdır...

Qurbanların verilməməsi üçünsə....

Düşünün, düşünün ki, sabah "calaq" kimi görünməyəsiz!

Tahir SÜLEYMANOV

9408 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
11.01.2017  16:30 “Neftçi” rəhbərliyinin büdcə yalanı
 
 
  19.06.18
03:20
  DÇ-2018-də ilk tur başa çatır, Rusiya 2-ci oyuna çıxır – Yenilənir
02:40
  "90 dəqiqə müdafiə olunduq" - Tunisin baş məşqçisi
02:15
  "1:1 hesablı nəticəyə də sevinərdim" - Qaret Sautqeyt
02:00
  “Atletiko” Qrizmann və Ernandeslə müqaviləni uzatdı – rəsmi
01:12
  Səudiyyə Ərəbistanının təyyarəsi alovlandı
00:45
  Keyn İngiltərəyə qələbə qazandırdı - Video
00:35
  Klublarımızın 5 potensial rəqibi bilindi - Avropa Liqası
00:25
  "Qarabağ"ın rəqibi müəyyənləşir - Yenilənir
00:01
  Kapitan dubl edib, oyunun ən yaxşısı oldu - DÇ-2018
  18.06.18
23:53
  İsveç, Belçika və İngiltərədən qələbə
22:57
  Salahla bağlı qərar bu gün veriləcək
21:43
  Belçikadan üç cavabsız qol - Video
21:26
  İngiltərə - Tunis: heyətlər
21:18
  "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası
20:37
  Xorvatiya millisindən qovuldu
19:41
  "Roma" di Françesko ilə yeni müqavilə imzaladı
19:02
  İsveç - Cənubi Koreya oyununun ən yaxşısı
18:35
  Çakırın DÇ-2018-də ikinci təyinatı
18:20
  İsveçin qələbəsi - Video
18:06
  Belçika – Panama: start heyətlər
17:35
  "Fənərbaxça" Aykut Kocamanla yollarını ayırdı – rəsmi
17:15
  Rusiyanın daha bir klubu dağıldı
16:13
  Rauf Əliyev "Qəbələ"də ilk qolunu vurdu
15:55
  İtaliya klubu "Qarabağ"dan nə qədər pul istəyib?
15:30
  İsveç - Cənubi Koreya: start heyətlər
14:58
  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi
14:45
  "Qəbələ" "Beşiktaş"ı udub 15-ci oldu
14:09
  "Bu, "Neftçi" rəhbərliyinin fikridir, mənim müqaviləm var" - Kampaz
13:46
  Kaliniç millidən uzaqlaşdırıla bilər - DÇ-2018
13:08
  Günün canlı oyunları Etopaz-da
12:48
  Salah tapmacası – mundialda oynayacaqmı?
12:25
  Sabahkı oyunların hakim təyinatları - DÇ-2018
12:16
  Qriqorçukdan uğurlu start
11:43
  "Dabo bizi pis vəziyyətdə qoydu" – "Qəbələ" rəsmisi
11:26
  Tarixi qələbədən sonra sevgilisinə evlilik təklif etdi - Video
10:50
  Maradona millinin baş məşqçisini “yıxıb-sürüdü”
10:44
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
10:35
  “Qarabağ”ın Danisi Polşa klubu ilə danışıqlar aparıb
09:48
  Amrabat Portuqaliya ilə oyunu buraxacaq
01:58
  “Bu, bizim üçün yaxşı dərsdir” - Tite
01:34
  Kolarova “Lada” hədiyyə edildi
01:09
  Meksikanın qolundan sonra Mexikoda zəlzələ qeydə alınıb - Şəkil
00:43
  5-ci dəfə dünya çempionatında oynadı
00:27
  Qol vurdu, oyunun ən yaxşısı seçildi
00:15
  Braziliya - İsveçrə - Şəkillər
00:00
  “Bu, karyeramdakı ən yaxşı qoldur” - Almaniya ilə oyunun qəhrəmanı
  17.06.18
23:54
  Almaniya uduzdu, Braziliya xal itirdi
22:48
  Yoahim Löv: “Yaxşı olacaq!”
22:06
  Meksikanın baş məşqçisi tarixi qələbədən danışdı - "Kişi kimi oynadıq"
21:39
  İlk oyunda uduzsa da, finala çıxmışdı – Almaniya 1986-cı ildə
21:26
  Almaniyaya qol vurdu və...
21:07
  Braziliya – İsveçrə - Neymar əsas heyətdə
20:25
  “Mən adam öldürməmişəm” – De Xeadan narazılıq
19:30
  “Qrupdan çıxsaq, bir şüşə araq içəcəyəm”
19:11
  "Neftçi"də yeni müqavilə
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore