Ramilin yeri “Qarabağ” deyil...
[19.12.2017]

Aydın Bağırov

(Rauf Əliyevin Azərbaycana qayıdışına həsr olunur)

Rəsmi statistikaya görə, 2017-ci ilin yayına kimi, qonşu Gürcüstanın xarici ölkələrdə legioner həyatı yaşayan 70 futbolçusu olub.

Həmin futbolçulardan ən məşhurları – Rusiyada çıxış edən Cano Ananidze “Spartak”da, Solomon Kverkveliya  “Lokomotiv”də, Quram Kaşiya “Vitess”də (Hollandiya) yerini möhkəmlədib uğurlar qazananda bizim Portuqaliyada, “Boavişta”da oynayan Kamran Ağayev özünü bir futbolçu kimi Avropada təsdiqləmək əvəzinə, “Azərbaycandan ötrü darıxıram” deyib qayıdıb gəldi Bakıya. Azərbaycan üçün darıxan adam qısa müddət sonra niyə “Mlada Boleslav”la müqavilə bağlayıb yenə həmin Avropaya - Çexiyaya getdi və sonra niyə yenə Azərbaycana qayıtdı, bu artıq gənc alimlərimiz üçün elmi işin mövzusu olmalıdı.

Yaxşısı qayıdaq yenə gürcülərə. Deməli, həmin Ananidze ötən mövsüm Rusiya çempionluğunu, Kverkveliya və Kaşiya isə ölkə kubokunu qazandı. Bizim Ramil Şeydayev isə elə o ərəfədə Slovakiyanın çempionu olmuşdu. Sonra “Jilina”dan ayrılan Ramilin özünəmi, yaxud onun işlərini uğursuzcasına həyata keçirən menecerlərə elə gəldi ki, bu futbolçunu Avropada daim oynayacağı hətta zəif klubdansa, Azərbaycana, çox vaxt ehtiyatda qalacağı “Qarabağ”a gətirmək faydalı olar. AFFA-nın xahiş-minnətindən sonra Qurban Qurbanov Ramili götürdü komandasına. Bəs sonrası necə oldu? Gözlənildiyi kimi, o, karyerasının ən uğurlu dönəmini keçirən Cənubi Afrika millisinin hücumçusu Dino Ndlovuya rəqabətdə uduzdu. Amma belə getsə, ən pisi hələ qabaqdadı. “Qarabağ”da qaldığı günə qədər olub-qalan potensialı da məhv olacaq Ramilin. Ağdam klubu onun yeri deyil. Ramilə daim sabit oynayacağı komanda lazımdı. Məsələn, ən pis halda elə “Jilina” səviyyəsində. 13 oyuna 5 qol vurmuşdu orda, “Qarabağ”da gərək ki, 5 oyuna çıxıb, 1 qolu belə yoxdu.

Deməli, onu ya istəyərəkdən, ya da pul qazanmaq xatirinə “Qarabağ”a calayan “agent çetesi” oturub Ramilin qara zolağa düşməsi haqda yaxşı-yaxşı fikirləşsə, pis olmazdı.

Ramil bu gün Albaniyadan, “Kukesi”dən ayrıldığı açıqlanan Rauf Əliyev kimi, xaricdə çox qalmağa səbri və iradəsi çatmayan biri olmamalıdı. Rus futbol məktəbini keçib, başqa bir mühitdə, aləmdə böyüyüb. Ramilin də, elə rus futbol məktəbinin başqa bir yetirməsi, indi “Neftçi”də oynayan Emin Mahmudovun da yeri Azərbaycan deyil. AFFA onları bura necə gətiribsə, tezliklə də göndərməlidi Avropaya. Heç olmasa ortabab futbol ölkələrdən birinə. Yoxsa, Ramil Şeydayev bu gedişlə olacaq artıq futbolda harda olduğu bilinməyən ikinci Vaqif Cavadov.


Kamil Məmmədovun, Riyad Rəfiyevin və AFFA-yla yaxın işbirliyində olan digər menecerlərin işi təkcə böyük pullar qazanmaq xatirinə bu ölkəyə futbol opilkalarını gətirmək olmamalıdı. Uğurlu menecer öz istedadlı futbolçusunun xaricdə normal bir kluba keçidini də həll etməyi bacarmalıdı.

Bacarırlarsa, Ramili də, Emini də çıxarsınlar bu ölkənin çempionatından. Çünki onlar xaricdə oturuşmağı bacararlar.

Görürsünüz, qonşu gürcülərin 70 nəfərədək legioneri var xaricdə. Mən hələ erməniləri demirəm. Rusiyada əməlli-başlı futbol lobbisi də yaradıblar. Amma bizimkilər Avropaya və xaricə ayaq basandan sonra burdakı dostları, çayxanalar və qəlyanxanalar üçün darıxmağa başlayırlar. Dil bilməmək də əcnəbi komanda yoldaşları ilə ünsiyyət yaratmağa, dostluq münasibəti qurmağa, birgə istirahət etməyə problem yaradır. Ona görə də darıxırlar və bir mövsümü başa vurmamış qayıdıb gəlirlər vətənə. Heyətdə möhkəmlənə bilməmək ikinci-üçüncü dərəcəli məsələdi. Bizim futbolçunun xarakteri, mental bağlılığı onların xaricə adaptasiya olmasına əngəl yaradır. Amma problemin kökü həm də başqadı.

Azərbaycan futbolçusu “biz yaxınlarımız üçün darıxırıq” düşüncəsi, yaxud bəhanəsiylə geri qayıdanda gürcü futbolçu, hazırda Moskva “Lokomotiv”ində çıxış edən Solomon Kverkveliya belə deyirdi: “Mən “Rubin”də oynayanda aya 2-3 min dollar pul alırdım. Darıxırdım, rus dilini bilmirdim, amma heç vaxt Gürcüstan çempionatına qayıtmaq haqda fikirləşmirdim. Bilirsiniz niyə? Çünki  qayıtsaydım, ölkəmdə mənə gülüb deyərdilər ki, sən bacarıqsız futbolçusan, ölkəni təmsil etmək sənə görə deyil...”

İndi aydın olur, Gürcüstanın həm də nəyə görə xaricdə 70 futbolçusu var?

Aydın BAĞIROV
[email protected]

8444 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
10.12.2018  12:00 Böyük azərbaycanlıya yad münasibət haqda
30.11.2018  17:48 Qurban Qurbanov getməlidimi?
28.11.2018  14:32 4 il əvvəl...
21.11.2018  13:54 Biz və Kosovo...
06.11.2018  13:48 Qara Qarayevlə dayanan inkişaf
23.10.2018  14:01 AFFA “Qarabağ”ı necə boğur?
17.10.2018  14:38 Gürcüstanla fərqimiz
19.09.2018  11:28 “Qarabağ”la Lissabona – təyyarə qeydləri
11.09.2018  14:50 Maltadan Bakıya qayıdanda...
09.09.2018  09:48 Millinin təyyarəsindən reportaj
31.08.2018  13:32 Dani Kintananın əsaları
27.08.2018  13:52 Azarkeş və futbolçu problemi
24.08.2018  13:48 “Qarabağ”a nə olub?
16.08.2018  15:20 “Qarabağ” haqda...
09.08.2018  14:37 Rəşad haqda...
02.08.2018  13:55 Niyə ancaq “Qarabağ”?
20.07.2018  13:58 “Neftçi” haqda...
13.07.2018  13:52 Vicdan məsələsi
09.07.2018  13:39 Mundial, biz və Samir Abasov
30.06.2018  11:00 Kərim Ansarifardın bizə mesajı
16.06.2018  15:22 Moskva küçələrindən qeydlər
22.05.2018  14:55 Günahkar tək AFFA-dı?
14.05.2018  12:55 Altay Əliyevin 40 yaşına…
03.05.2018  14:40 Futbolu ləkələyən qumarbazlar haqda
26.04.2018  14:49 Ramin Musayevlə futbol mübahisələri...
18.04.2018  15:36 Qazaxıstanla Qazax futbolunun fərqi
11.04.2018  13:46 "Roma"nın oyununda: əvvəl və sonra
03.04.2018  15:42 “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
02.04.2018  14:13 Futbolumuzun dörd tragikomik faktı
16.03.2018  13:29 Malenanın oynadığı Azərbaycan millisi
15.03.2018  14:56 Kamran Quliyevin Klublar Komitəsi haqda
23.02.2018  14:20 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
14.02.2018  12:33 Pul hanı?
11.02.2018  12:44 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
06.02.2018  15:01 “Neftçi”ni bu günə jurnalistlər saldı...
31.01.2018  16:50 Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
22.01.2018  17:06 Fatih Terimlə qanqaraldıcı görüş
12.01.2018  13:00 Vaqif Cavadova bircə sual
08.01.2018  15:58 Belə etmə, Rəşad!
20.12.2017  16:03 Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi
14.12.2017  15:54 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
12.12.2017  13:02 Bakıda Banişevskinin adına niyə stadion yoxdu?
11.12.2017  13:02 Banişevskiyə necə kələk gəldilər?
07.12.2017  16:54 Sağ ol, "Qarabağ"! Grazie, Roma!
04.12.2017  11:46 İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər
09.12.2009  20:47 Azərbaycan futbolunda gizli savaş