Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Yüz faizlik şanslardan yararlana bilmədik" - Cavid Hüseynov

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
"Qarabağ" heç-heçə ilə başladı
Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
Rəşad Sadıqov qələbə ilə başladı
"Real" hücum xəttini dəyişir?
Linklər
525ci Qəzet

Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
[15.11.2017]

Etibar Cəbrayıloğlu

Neftin pulunu yeyib-içib qurtardılar, dibinə də bir daş, yox, üzr istəyirəm, top atdılar. İndi də “Qarabağ"ın çörəyini yeməyə başlayıblar. Həm AFFA, həm də PFL Qurban Qurbanovun hesabına kef edir. Necə deyərlər, futbol təsərrüfatımıza cavabdeh olanların halvası “Teksun" yağı ilə bişir, arada “Möcüzə" də qatırlar. Ona görə də, idman mətbuatının, ictimaiyyətin tənqidi AFFA-nın heç vecinə də deyil.

Biz yazırıq ki, ölkə futbolu rəhmətə gedib, AFFA və PFL birləşib “Qarabağ"ı qabağa verirlər. “Futbolumuz rəhmətə-filana getməyib, “Qarabağ" hər il ölkə çempionu olur, hələ bu il də qızıl medal ağdamlılarındı" deyib, əmin-arxayın dolanırlar.

Camaat deyir bizdə Premyer Liqanın olduğundan heç kimin xəbəri yoxdu, stadionlarımızdakı bomboş tribunlar “Yallı" gedir, futbol başbilənlərimiz “Qarabağ"ın “Roma" və “Atletiko" ilə oyunlarında satılan biletlərin kötüyünü əllərində bayraq kimi yellədir.

Biz yazanda ki, Azərbaycanda son illər futbolçu yetişmir, bunun üçün ayrılan pul-para səhər Xəzri, axşam Gilavar küləyinə verilir, AFFA və PFL-dəkilərin ağzından od püskürür. “Qarabağ"da top qovan Bədavi Hüseynovla Riçard Almeydanın idman ayaqqabılarını az qala adamın gözünə soxurlar.

Buralarda dönər yeyəndən kabab yeyənəcən hamı yerli hakimlərimizin matçlarda buraxdıqları uşaq səhvlərindən danışır, hay vurub, həşir salır. Amma AFFA və PFL rəsmiləri rəngbərəng mikrofonlar qarşısına çıxıb deyirlər ki, hakimlərimiz “Azersun"un istehsal etdiyi ağartı məhsullarından çıxan ağ qaşıqdırlar. Bu azmış kimi, yenə “Qarabağ"ın ətəyindən yapışırlar, deyirlər ki, Qurban Qurbanovun yetirmələri - Yakub Jezniçak, Dino Ndlovu, Miçel, Ansi Aqolli hələ bu vaxta qədər hakimlərdən şikayət etməyiblər.

Öz vəziyyətləri göyün yeddinci qatına qalxdıqca yığmamızı yerlə bir edən futbol başbilənlərimiz yenə Qurban Qurbanovu qabağa verdilər. Çünki başqa çarə qalmamışdı. Alman Berti Foqtsla heç Mozdoka qədər gedə bilmədilər. Xorvat Robert Prosineçki ilə qrup ikincisi olmaq arzusu da Bakı Olimpiya Stadionu tərəfdə tıxaca düşdü. Məcbur olub yığmanı da “Qarabağ"ın baş məşqçisinə tapşırdılar. Ağdam klubu növbəti dəfə onların dadına yetişdi.

Özlərində elə düşünürlər ki, Qurban Qurbanovun və “Qarabağ"ın hesabına yığmanı abıra saldılar, qaldı Premyer Liqadakı iki cüt, bir tək kluba əncam çəkmək. Bunlar ki, belə gedir, bu gün-sabah çempionatdakı öz klublarını da “Qarabağ"a calaq edəcəklər. “Sumqayıt" olacaq “Qarabağ-2", “Kəpəz" olacaq “Qarabağ-3", adı təzə dəyişən “Keşlə" də dönüb olacaq “Qarabağ-4". AFFA və PFL-in sonbeşiyi “Səbail"dən də “Qarabağ-5" düzəldəcəklər.

İki gün, üç gecədir bir sual məni yaman düşündürür, BMT-ni ATƏT-ə qatıram, ATƏT-i UNESCO-ya, lakin cavab tapa bilmirəm. AFFA və PFL-də “Qarabağ"ın çörəyini yeyən, Qurban Qurbanovun hesabına qaz vurub qazan dolduranlar niyə öz vəzifələrini “Qarabağ" rəhbərliyinə buraxıb getmirlər? Cavabını bilən mənə də desin...

Etibar CƏBRAYILOĞLU
"Het-trik" news qəzeti

6860 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
11.11.2015  13:08 Arayış
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!
 
 
  18.01.18
19:50
  "Səbail" "Sumqayıt"a qalib gəldi
19:35
  "Liverpul" futbolçusunu icarəyə verdi
19:22
  "Traktor Sazi" yenə uduzdu
18:30
  Moldovanın millimizlə oyun üçün heyəti açıqlandı
18:15
  "Sançes tezliklə "Mançester Yunayted"ə keçəcək" - Venger
17:39
  "Yüz faizlik şanslardan yararlana bilmədik" - Cavid Hüseynov
17:26
  Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
16:50
  "Kəpəz"dən növbəti rəsmi transfer
16:36
  "Fənərbaxça"lı azarkeşlər "Qarabağ"ın düşərgəsində
16:21
  "Qəbələ"nin məğlubiyyəti - Video
16:10
  Şvayntayger ABŞ klubunda qaldı - yeni müqavilə
15:53
  "Keşlə" yamaykalı hücumçu alır
15:23
  Araz komandasına penalti qazandırdı - video
15:16
  Özil "Arsenal"da qalır - Venger açıqladı
14:52
  Hakimlər "Keşlə"yə seminar keçdilər
14:41
  "Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu
14:29
  "Qəbələ"nin oyununda sürpriz qonaq - foto
14:26
  Günün canlı oyunları - Etopaz-da
14:01
  "Kəpəz" də getdi
13:45
  "Qarabağ"ın yoxlama oyunundan Şəkillər
13:31
  Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin
13:22
  Ərtoğrul Sağlam "Traktor Sazi"də
13:10
  Millimiz neçənçidir? - 2018-ci ilin ilk reytinqi
13:00
  Billiat “Qarabağ”ın təklifini qəbul edib - iddia
12:34
  “Qarabağ” yüksək səviyyəli komandadır" – “Kuban”ın futbolçusu
12:15
  “Ruslan Abışova ateist olduğumu deyəndə mənimlə danışmadı” - çex futbolçu
11:54
  Rəşad Sadıqovun millimizlə ilk qələbəsi - Video
11:42
  Topaz Premyer Liqası UEFA-nın ilk 3-lüyündə
11:25
  "Vətən"in məşqçisi "Lokomotiv"də təcrübə keçdi
11:11
  "Qarabağ" - "Kuban" oyununda 4 qol - Video
11:00
  "Neftçi" Türkiyədə ilk məşqə çıxdı - Şəkillər
10:43
  Mahir Mədətov və Ramil Şeydayev U-21 millimizdə
10:30
  "Çelsi" penaltilər seriyasında qalib gəldi - Video
10:15
  "Qarabağ"la oyun bizə yaxşı dərs və stimul oldu"
10:01
  Millimiz İranla qarşılaşacaq
09:44
  "Barselona" ilk dəfə uduzdu - Video
02:30
  Neymar poker etdi - Video
02:10
  “Beşiktaş” 1/4 finalda, "Başakşəhər"dən erkən vida
01:15
  “Sevilya” “Atletiko”ya qalib gəldi - Video
01:00
  "Qəbələ" - "Sürix" oyunundan Şəkillər
00:30
  Klublarımızın qış transferləri – Yenilənir
00:10
  “Qarabağ”dan "fair-play" nümunəsi - Video
00:01
  Fərid Nəbiyev "Slaviya"ya qələbə qazandırdı
  17.01.18
23:37
  Araz Abdullayevin komandası 1/4 finalda
23:09
  "Atletiko"ya uduzmayan "Qarabağ"la oynamaq xoş oldu"
22:33
  İngiltərə millisinin üzvü "Everton"da – rəsmi
22:07
  "Neftçi" Antalyada - Video
21:49
  "Sürix"in baş məşqçisi "Qəbələ" ilə oyundan danışdı
21:07
  "İndi uduzmağımız heç nə demir" – Roman Qriqorçuk
20:16
  "Belə sürətli oyun gözləmirdim" – Qurban Qurbanov
18:44
  "Qarabağ" heç-heçə ilə başladı
18:30
  “Qəbələ” "Sürix"ə uduzdu
17:50
  "Qarabağ"ın start heyəti
17:33
  Yuri Maksimov özünə yeni köməkçi götürdü
17:17
  Kamran Ağayev və Vaqif Cavadov rəsmən "Keşlə"də
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore