İmkan verməyin, “Futbol saatı” bağlansın...
[08.09.2017]

Aqil Abbas

«Xəzər» televiziya kanalı ölkənin ən baxımlı kanallarından biridir. Özünəməxsus bir yolu var və bu yolda da tamaşaçılar sapmalara rast gəlmirlər. Bu yol milli adət-ənənələrə, milli mentaliltetə söykənən bir yoldur. «Xəzər»lə müəyyən ünsiyyətim olduğu üçün əməkdaşlarını da tanıyıram. Gənc və istedadlı jurnalistlərdən ibarət gözəl bir kollektivə malikdir.

Bu kanal bir çox ilklərə imza atıb. Və həmişə də axtarışdadı. Xəbərlər proqramını xüsusilə qeyd etmək istəyirəm. Bu digər televiziya kanallarındakı xəbərlər proqramından fərqlənir. Söhbət təkcə operativlikdən getmir, söhbət xəbərlərin necə təqdim olunmağından, təqdim olunan süjetlərin necə hazırlanmasından gedir. Eləcə də tənqidi süjetləri böyük ilgi görür, tənqid olunan obyektlər dərhal nöqsanları aradan qaldırmağa çalışırlar. Yəni tamaşaçılarla sıx əlaqədədirlər. Onların istək və arzularını ictimailəşdirməkdən çəkinmirlər.

Məqsədim heç də «Xəzər» TV-ni təhlil etmək deyil. Mətbuatda oxudum ki, «Futbol saatı» proqramı bağlanır. Bu bir futbolsevər adam kimi mənə çox pis təsir etdi. Təəssüfləndim.

«Futbol saatı» «Xəzər» TV-də yayımlanana qədər ölkənin heç bir televiziya kanalında belə bir proqram yox idi. O Azərbaycan televiziya məkanında bir ilk idi. Və qısa bir zaman kəsiyində geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. «Futbol saatı»nın yüksək reytinq qazandığını görən digər kanallarımız da belə bir formatda verilişlər hazırlamağa başladı. Təbii ki, futbol pərəstişkarları buna çox sevindilər.

Amma yenə də «Futbol saatı» daha çox yüksək reytinqə malik idi. İnşallah, yenə də inanıram ki, malik olacaq.

«Futbol saatı»nın özəlliyi nə idi? Birincisi, verilişin aparıcısı Sənan Abdullayev və şərhçi Ceyhun Rzayev futbolu dərindən bilən, həm də futbola ürəkdən bağlı olan Azərbaycanın tanınmış beş-on jurnalistlərindən, daha dəqiq desək, birincilərdəndirlər. Bir özəllikləri də tərəfsiz olmalarıdı. Yəqin onların da tutduğu bir komanda var, amma bunu bildirməzdilər. Təxmin edirdim ki, «Neftçi»di, çünki o komandadan yana-yana danışırdılar. Bu verilişdə həmişə yüksək səviyyəli futbol mütəxəssisləri, həm də peşəkar hakimlər və peşəkar futbolçular iştirak edirdi.

Biz bu verilişdə Tahir Süleymanovu görürdük, Böyükağa Hacıyevi, Ağasəlim Mircavadovu, Xaqani Məmmədovu, Kamal Quliyevi və digər bu səviyyədə olan mütəxəssisləri görürdük. Həm komandaların oyunları təhlil olunurdu, həm də futbolumuzun özü, çatışmazlıqlarımız. Bu çatışmazlıqların aradan qaldırılması yolları müzakirə edilirdi. Və mövqelər də çox kəskin ortaya qoyulurdu, eləcə də hamıya söz haqqı tanınırdı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə futbolun inkişafı ilə bağlı sərəncamları var, tövsiyələri var və «Futbol saatı» da öz işini bu sərəncamlardan və tövsiyyələrdən irəli gələn vəzifələrin üstündə qururdu. İnşallah, yenə qurar.

Futbol həvəskarları bu verilişin başlamasını intizarla gözləyirdilər. Çünki bu veriliş onların ürəyincəydi, həm də onların ürəyindəki tikanı çıxarırdı.

Azərbaycanda idman, eləcə də futbol inkişaf etdikcə təbii ki, idman jurnalistikası da inkişaf etməyə başladı. Sovet dönəmində idman jurnalistləri vardı, amma bu gün yalnız çox az ad xatırlaya bilərik: Şamil Şahməmmədov, Şakir Yaqubov və Adil Qaçayoğlu. Adil Qaçayoğlu da əsasən müstəqillik dövründə öz sözünü deməyi başarırdı. Əslində adlarını çəkdiyim bu şəxslər sırf idman jurnalistləri deyildilər. Yəni işlədikləri redaksiyalarda onlardan bu yazılar tələb olunmurdu, amma onlar futbolu ürəkdən sevdiklərindən bu mövzuya tez-tez əl atırdılar.

Və bu gün də həqiqətən çox güclü bir idman jurnalisti ordusu yetişməkdədir. Azərbaycan mətbuatında önəmli yer tutan futbol qəzetləri və saytları fəaliyyət göstərir. Şəxsən mən bəzən lap gecə saatlarında «Qol.az» və «Futbol+» saytlarını açıram. Çünki bilirəm ki, çox dəqiq informasiyalar bu saytlardadı. Eləcə də, «APA sport»un , «Futbolpress»in, «Azərsport»un fəaliyyəti xoşa gələndi. Amma yenə qayıdıram «Futbol saatı»nın üstünə. Heç kimə bənzəməyən və geniş tamaşaçı kütləsinin ən çox izlədiyi bir proqram.

Mənim Sənan Abdullayevlə və Ceyhun Rzayevlə şəxsi münasibətim yoxdu. Halbuki mən bütün idman jurnalistləri ilə dostluq edirəm, xüsusilə futbol yazarları ilə, bu bir təsadüfdü. Onlarla iki-üç dəfə futbolda rastlaşmışıq, ya futbolla bağlı hansısa bir tədbirdə uzaqdan-uzağa salamlaşmışıq. Və bu yazını da qətiyyən nə Sənan Abdullayevin, nə də Ceyhun Rzayevin xətrinə yazdım, futbolmuzun xətrinə və «Futbol saatı» kimi gözəl bir proqramın xətrinə qələmə aldım. Belə bir verilişin efirdən ayrılmasını istəmədiyim üçün qələmə aldım.

Üzümü tuturam «Xəzər»TV-nin rəhbərliyinə, imkan verməyin bu veriliş bağlansın. Ola bilər formatı dəyişə bilər, bu artıq yaradıcılıq işidi. İnanın, bu veriliş «Xəzər» TV-yə reytinq gətirən verilişlərin önündə gedənlərindəndir.

«Xəzər» TV-yə yeni yaradıcılıq uğurları arzulayıram və «Futbol saatı» verilişini yenidən efirə qaytaracaqlarına da inanıram.

Bu təkcə mənim arzum deyil, futbol cameəsinin və futbol sevərlərin arzusudu.

Tanrı hamının arzusunu çin eləsin!

Aqil ABBAS

8708 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.04.2024  18:00 Qəm eləmə, Azər Bağırov, bu da keçər! 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar