"Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
[03.09.2017]

Anar ŞABANOĞLU

Düz 18 il əvvəl sentyabrın 3-ü milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda tarixinin ən yaxşı oyununa çıxdı. Həmin gün birinci hissədən sonra arenanın işıqları söndüyü üçün ertəsi ayın 4-ü təkrar oyun oldu.

Texniki məğlubiyyət almamağımızın səbəbkarı beynəlxalq futbol qurumlarında böyük nüfüzu olan AFFA-nın o zamankı prezidenti, mərhum Fuad Musayev idi. Komandamız nə ayın 3-ü, nə də 4-ü Portuqaliya kimi dünya nəhənginə uduzdu. Bu, sadəcə 3 hissəli oyun deyil, 3 pərdəli əsl tamaşa idi! Məncə, milli tarixində ən yaxşı oyunu məhz o matçda göstərib.

İndi "oyunçularımızın səviyyəsi aşağıdı" deyənlərə həmin qarşılaşmanı xatırladın. O zaman birinci dəstədə yarışan MOİK-də çıxış edən Ədahim Niftəliyev dünyanın ən yaxşı futbolçularından biri "Barselona"nın meqaulduzu Luiş Fiquya gözünü açmağa imkan vermirdi...

Qolun müəllifi, Fernando Koutu, Paulo Souza, Vitor Baya kimi dünya ulduzlarını "1 qəpiklik" edən gənc Zaur Tağızadə də Azərbaycan çempionatının birinci dəstəsində, elə həmin MOİK-də idi...

Dünyaşöhrətli müdafiəçilər doğulduğu Biləcəri qəsəbəsinin "o tay"ında, "ploşad"ında, "voyennıy qorodok"unda belə çoxlarının tanımadığı Bəxtiyar Musayevin qarşısında aciz qalmışdı. "Ulduz" rəqibləri "başına dolayıb" Zaura məhsuldar ötürmə verən "Baxa"dan heç cür top ala bilmirdilər...


Həmin o komanda

Portuqalların baş məşqçisinin "bu futbolçu Madrid "Real"ında oynamalıdı" dediyi Emin Ağayev Zaurla Ədahimdən fərqli olaraq Azərbaycanın yox, Rusiyanin aşağı liqasında çıxış edirdi...

Kapitan Tərlan Əhmədov həmin Avropa çempionatının final mərhələsinin bombardirlərindən olan Nunu Qomeş, dünyanın ən yaxşı pleymeykerlərindən Ruy Koşta, Pedro Pauleta kimi "dünya ulduzları"nın qarşısında keçilməz səddə çevrilmişdi...

Dmitri Kramarenko soyadına layiq oyunu ilə rəqibi şoka salmışdı...

Kamal Quliyev keçidləri ilə Luiş Fiqunu xatırladırdı, sanki onların yerini dəyişmişdilər...

Bütün bunların səbəbkarı isə hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında "Kto takoy Fiqu? Koqda u nas yest takiye iqroki kak Kamal, "Baxa", Adaim!" (Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?) deməklə komandamıza fantastik motivasiya verən rəhmətlik baş məşqçi Əhməd Ələsgərov idi. Ələsgərovun bu sözlərini eşidəndə əvvəlcə "Adam qocalıb, dünya futbolunu izləmir, hətta Fiqunu tanımadığından ağzına gələni danışır" deyib lağa qoymuşduq...

Vaxt çoxdan tamam olsa da, oyunu bitirməyən hakimin sayəsində son saniyələrdə Fiqunun qolu ilə məğlubiyyətdən xilas olan bu komanda həmin Avropa çempionatının yarımfinalına çıxdı və yalnız əlavə vaxtda Zidanın vurduğu penalti ilə AVRO-2000-də mübarizəni dayandırdı...

Həmin Azərbaycan millisi ilə indikini müqayisə etsək, indi futbolçularımızın qat-qat yaxşı şəraiti, maddi imkanı var. O zaman Zaur, Emin, Ədahim nəinki Çempionlar Liqasının qrupu, bəlkə də heç hansısa ölkənin yüksək liqasında oynamağı ağlına gətirmirdi. Amma bu futbolçuların böyük ürəyi vardı. Milli forma üçün canlarını qoymağa hazır idilər. Bütün futbolçular, məsələn, Emin Ağayev başı ilə "podkat"a gedirdi, amma mübarizəni uduzmurdu. Bu futbolçuların həm öz vətənpərvərliyi, həm baş məşqçinin verdiyi motivasiya istənilən rəqibi şoka salmağa imkan verirdi.

İndiki millinin isə nəinki futbolçularına, ən birinci elə baş məşqçinin özünə motivasiya lazımdı...
 
Elə ona görə də tarixdə Əhməd Ələsgərovun millisi qaldı!

Anar ŞABANOĞLU
[email protected]

P.S. Həmin oyunu xatırlayanda "Qarabağ"ın ən azı Bakıda "Çelsi", "Atletiko" və "Roma"ya baş ağrısı olacağına xal və xallar alacağına inanıram.

11389 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün