Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ"ı keçdi, baş məşqçi oldu

Yazarlar
 “Qarabağ” haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Avroliqada pley-offçular bəlli oldu
UEFA Superkubokunu "Atletiko" qazandı
Qriqorçuk "Astana"dan ayrıldı
Linklər
525ci Qəzet

Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
[20.08.2017]

Nurlan İBRAHİMOV

2009-cü ildə “Rusenborq”la oyundan başlayaraq '”Qarabağ” 33 avrokubok səfərində olub. Və bu qarşılaşmaların hamısında klub həmvətənlərimizin stadionda olmasına çalışıb. Gərəkəndə bilet almağa kömək edib, lazım olanda rəqiblə danışıb və daha nələr, nələr… İndiyə kimi heç bir ölkədə həmvətənlərimiz onlara qarşı etinasız olduğumuzu söyləyə bilməz.

Zaman keçdikcə davamlı uğurlar yeni maraq dalğası gətirdi. Təbii ki, “Qarabağ”ın uğurları tərəfli-tərəfsiz hər kəsdə rəğbət hissi yaratmaqla yanaşı bir bütünləşmə duyğusu da oyadıb.

İlk zamanlar sadəcə xala və ya qələbəyə sevinirdiksə, artıq hamı Çempionlar Liqasının qrupunu gözləyir. Əlbəttə, bu, sevgi, inamdı, güvəndi.

Amma…

“Kopenhagen” tərəfi ya zəlzələdən ya vəlvələdən bilet barteri ilə razılaşmadı. Biletləri satacağını bildirdi. Marketinq baxımından onları başa düşmək olar. Hər halda Avropada futbol biznesin bir hissəsi kimi emosionallıqdan daha üst mərtəbəyə çıxıb…

Üstəlik, bu, ÇL-in play-off mərhələsidirsə.  O ÇL ki, illərdir xəyalını qurduğumuz, himini eşitdiyimiz zaman vəcdə gəldiyimiz turnirin qrup mərhələsini indi bizdən ən yaxşı halda 90 dəqiqə ayırır.

Və o həyəcanı yaşamaq üçün klubdan bilet pulu istəmək.. Biri deyir, hansısa ölkədən avtobus gətirirəm, heç olmasa onun pulunu ver, biri deyir ki, hansısa təşkilatla oranı dolduraram, təki bilet olsun…

Biz xalq olaraq böyümək istəyiriksə, böyük meyarlardan, anlayışlardan başlamalıyıq. Məsələn, heç bir erməni diasporu klubdan bilet istəməz.

Əslində…

Deyirlər, klub üçün nə puldu ki, o? Versin, gəlsin baxaq və ya baxsınlar? Klubun komanda üçün çəkilənlərin miqyası ÇL-dən gələn miqyasla ölçülmür. Ona qalsa, top klublar zənginlik fonunda heç nə itirmirlər, amma onlar da azarkeşə bilet almırlar. Ümumiyyətlə, problem odur ki, biz özümüzü ayırmalı deyilik. Bilet üçün veriləcək bir neçə avro sənin sevgin olacaq, verdiyin dəyər olacaq.

Şəxsi təcrübəmdən “Qarabağ”ın oyunlarını buraxmayan, maaşından keçən, işini itirmək bahasına da olsa, “Qarabağ”ın yanında olan neçə-neçə insan tanıyıram.

“Qarabağ”ın xaricdəki oyununu izləmək üçün günlərlə yol qət edib, vağzalda yatıb, oyuna gəlib komandaya dəstək verən insanların heç biri bizdən bilet söhbəti etməyib. Həmin insanlar indi bilet olmayacaq, satışa çıxarıblar deyəndə bunu anlayışla qarşladılar və biletlərini öz ciblərindəb alacaqlarını bildirdilər.

Sevgi, dəyər ölçüsü həm də təmənnasız sevgidi.

Əgər biz “Qarabağ”ı və deyilib-yazıldığı kimi ölkəmizi bu dərəcədə çox seviriksə, o zaman bir neçə avromuzdan keçib “Qarabağ”ı dəstəkləməliyik Kopenhagendə…

Bu biz “Qarabağ”ın mənəvi gücü olacaq!

...Bir dəfə Avstriyada təlim-məşq toplanışında hazırlıq (!) görüşünə 2 alman (azərbaycanlı da yox!) azarkeşimiz gəlmişdi. Maşınla təxminən 600 kilomet məsafə qət edərək. Varlı da deyildilər, maşın təkəri təmir edərək gün-güzəran keçirirlər. Deməli, onlar stadiona girəndə 5 avro verib bilet almaq istəyəndə dedim, qonaqsınız, o boyda yol gəlmisiz. Cavabında mənə dedilər ki, o boyda yol gəlib komandamın oyununa görə 5 avro verməyəcəm!? ))

Nurlan İBRAHİMOV,
"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri

PS.  “Qarabağ”ın “Kopenhagen”lə oyununa bilet almaq üçün bu linkə daxil olmaq kifayətdir:

https://billet.fck.dk/Stadium/Index?eventId=458

6745 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
05.09.2017  12:29 İkinci Rəşad olmayacaq
 
 
  18.08.18
01:30
  "Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - Yenilənir
01:01
  "Trabzonspor"dan ilk qələbə
00:29
  La Liqada yeni mövsüm başladı
00:01
  Məşhur futbolçu A seriyası klubunda
  17.08.18
23:00
  "Liverpul" müdafiəçisini satdı
22:30
  "Arsenal"dan "Napoli"yə - rəsmi
21:41
  Fransa millisinin yeni forması - Şəkillər
21:08
  İlkay Gündoğan milli ilə bağlı qərarını açıqladı
20:08
  Şeydayev rəsmən Rusiya Premyer Liqası klubunda
19:27
  Həftənin ən gözəl qolları - Video
18:47
  FİFA "Atletiko"nu cərimələdi
18:11
  Millimizin heyəti açıqlandı
17:49
  "Mançester Siti" yeni transferini icarəyə verdi
17:26
  Vəli Qasımov Avroliqanın püşkatmasında
17:12
  Premyer Liqamızda ilk turun ən yaxşı futbolçusu
16:47
  Messinin qardaşına hökm oxundu
16:25
  Qriqorçuk "Astana"dan ayrıldı
15:51
  "Neftçi" "Bakcell Arena"ya nə vaxt qayıdır?
15:36
  Premyer Liqamızda ilk turun rəmzi komandası
15:24
  Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi
14:50
  "Milan"dan 2 transfer - rəsmi
14:21
  "Qarabağ"la oyunlar üçün 25 futbolçu - "Şerif"in heyəti
14:08
  "Beşiktaş"a sərf edən məğlubiyyət - Video
13:58
  Etopaz-da 39 canlı oyun
13:25
  25 illik "Yuventus" karyerası bitdi
13:00
  "Qarabağ"ı keçdi, baş məşqçi oldu
12:40
  Premyer Liqamızda 2-ci turun - hakim təyinatları
12:30
  "Şerif" "Qarabağ"a belə rəqib oldu - Video
12:04
  "Keşlə"də 2 yeni futbolçu
11:30
  Məşhur məşqçi Cənubi Koreya millisində
11:02
  "Qarabağ"ın "Şerif"lə oyunlarının saatı açıqlandı
10:35
  Avroliqada pley-off mərhələsinin cütləri
10:12
  Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
09:44
  "Zenit"dən möhtəşəm qələbə - Video
02:00
  “Barselona”nın müdafiəçisi Fransa klubunda
01:43
  Çex “Çelsi” ilə oyunda start heyətində yer alacaq
01:23
  Avroliqada pley-offçular bəlli oldu
01:09
  “O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”
00:51
  “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
00:36
  “Proqres” Rusiya futbolu tarixinə düşdü
00:17
  “Yaxşı heyətimiz var” - Marselo
00:00
  “Zenit”dən fantastik “come back”
  16.08.18
23:00
  Mourinyo "Başakşəhər"in düşərgəsində - Şəkil
21:35
  Uruqvay millisinin üzvü "Milan"da
20:55
  "Yuventus"da yeni müqavilə
20:14
  Qola bərabər ötürmələr - Video
19:40
  "Barselona"nın futbolçusu İtaliya klubunda
19:10
  "Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə
18:40
  Luis Enrikenin köməkçiləri müəyyənləşdi
18:18
  "Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli
18:02
  "Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
17:49
  Bu həftənin xilaskar qapıçıları - Video
17:20
  Lukaku millidən gedəcəyi vaxtı açıqladı
16:59
  "Fənərbaxça"nın futbolçusu A seriyası klubunda
16:35
  "Arsenal"ın yeni kapitanı nə vaxt qayıdır?
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore