Əfranlara dəstək verək!
[15.08.2017]

Anar ŞABANOĞLU

İllər öncə bunu xəyal edə bilməzdik. "Rusenborq"la oyun bir başlanğıc idi. Sıfırdan başlayıb Çempionlar Liqasının qrupunda bitəcək bir arzunun başlanğıcı. O zaman "Qarabağ"ın legioneri filan da demək olar yox idi. İnanmadığımız azərbaycanlı uşaqlara inanan Qurban Qurbanov bu işi bacardı. Xəyalı gerçək etdi. Onda heç Qurban Qurbanova da inanmırdıq...

ÇL qrupunun astanasındayıq. Bakı stadionunda ilk dəfə rəsmən dünyanın ən mötəbər klub turnirinin himni səslənəcək. Bu işi inanmadığımız Qurban Qurbanovun rəhbərlik etdiyi, adına qurban olduğumuz "Qarabağ" bacardı. İndi yenə inamımız güclü deyil...

Yeri gəldi gəlmədi Əfranı, Rəşadı başqa azərbaycanlı oyunçuları tənqid edir, onları fitə basırıq. Amma bu gün başqa gündü. Bu gün əfranlara, rəşadlara 90 dəqiqə dayanmadan dəstək olmalıyıq. Nə olur olsun! Udsaq da uduzsaq da! Çünki, bizdən fərqli bu uşaqlar azərbaycanlı azarkeşlərə inanaraq bu yerlərə gəlib.

Bu gün həm də azarkeşlərin qalib gəlib-gəlməyəcəyi bir oyundu. Bu tarixi "Qarabağ" azarkeşlərlə bir yerdə yazacaq! Bütövləşib, bir olub, 90 dəqiqə meydanda və tribunada rəqibi təzyiq altında saxlayıb, şoka salıb yazacağıq bu tarixi! Anşlaq olacaq! Hamı "Qarabağ"ın qələbəsini yalnız sözdə yox ürəkdə, əməldə istəyəcək və 90 dəqiqə susmayacağıq! Əfran bu gün danimarkalıların başına oyun açacaq! İkinci mərtəbədə həm boy həm keyfiyyətcə bizdən üstün olan rəqibə top verməyəcəyik! Pressinqlərini faydasız edəcəyik! "Qarabağ"ın futbolçuları artıq gözüyumulu nə etməyi bilir. "Qarabağ"  bir yapon maşınıdı!

Bulmekerlərin çempionumuzu ÇL-də günün şanslı komandalarından biri kimi görməyi təsadüf deyil! Onlar da "Qarabağ"a inanır! Biz niyə inanmayaq ki?! Bu yerlərə Qurbanla Rəşadla Əfranla gəldik. "Rusenborq"la o tarixi də bu BÖYÜK AZƏRBAYCANLILAR yazmışdı.

Həmin oyunlardan əvvəl mətbuatımızda ilk dəfə "Qarabağ" artıq "xalq komandasıdı" yazmışdım. Bu dəfə isə "Qarabağ" artıq dünyəvi komandadı" yazıram. Çünki onlara yalnız dünya azərbaycanlıları yox, bir çox başqa ölkələrin futbol qurmanları da könül verib!

"Qarabağ"ın müdafiəçilərinin boyu rəqiblərdən kiçik ola bilər. Amma ürəkləri onlardan böyükdü! Miçel kimi boylu-buxunlu, lazım gələndə müdafiədə havada krallıq edəcək oyunçularımız da var.

"Rusenborq"la oyundan əvvəl "rəhmətlik həmkarım Adil Qaçayoğlu üçün bu qələbəni qazanmalıyıq" yazmışdım. Bu dəfə istedadı qədər bəxti olmayan Dani Kintana üçün oynayacaq həm də komanda yoldaşları!

Artıq "Qarabağ" o "Qarabağ" deyil. Qurban da o Qurban deyil. Təmkinli, sözün hər mənasında PEŞƏKAR və soyuqqanlı bir kollektiv var. Topla rəqibdən daha yaxşı rəftar edən, daha ürəkli, daha istəkli bir çempionumuz var! Qol və ya qollar buraxıb hesabda geri düşsə belə sonadək mübarizə aparıb ÇL qrupuna düşəcək "Qarabağ"ımız var!
Uğurlar, könüllərimizin ÇL qalibi!
Uğurlar, "Qarabağ"!

Anar ŞABANOĞLU

9668 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün