Azarkeş mövqeyi Prosineçkinin oyun planı ilə üst-üstə düşəcəkmi? [09.06.2017] Anar BAYRAMOV Sabah futbol üzrə milli komadamız, belə demək mümkünsə, futbol tarixinin ən önəmli matçına çıxacaq: DAVAM yoxsa TAMAM. Məhz bu oyunun nəticəsinə uyğun olaraq, azarkeşlərimiz dünya şempionatının final mərhələsinə çıxmaq ümidlərinin üzərindən qara xətt çəkə və ya virtual yolla Rusiyada otel axtarışlarına başlaya bilərlər. Rəqibimiz hazırda qrupumuzun 2-ci sırasında qərarşlaşan və millimizi cəmi 3 xal qabaqlayan Şimali İrlandiya milli komandasıdır. Millimizin baş məqçisi olmuş braziliyalı əfsanəvi kapitan, rəhmətlik Karlos Alberto Torresin təbirincə desək, “topu yalnız havada ora-bura atmaqla, futbol yox, basketbol oynayan” britaniyalılara qarşı çıxış edəcək millimizin start heyəti haqqında fikirləri bölüşmək istəyirəm. MİLLİMİZİN BƏLALI MÖVQEYİ QAPI - Bir zamanlar, Aleksandr Jidkov və Dmirti Kramerenko kimi qapıcılarımıza güvənib etibarlı saydığımız qapıçı mövqeyimiz son zamanlar millimizin ən zəif nöqtəsinə çevirilib. Enişli-çıxışlı legioner həyatı keçirən Kamran Ağayevə, uğursuz “Ayntraxt” macərasına düçar olmuş, böyük ümidlər bəslənilən gənc istedad Emil Balayevə, möhtəşəm qurtarışları ilə yanaşı, kuryoz qollarla yadda qalan Anar Nəzirov və Səlahət Ağayevə görə futbolun bəlkə də ən önəmli nöqtəsində - qapıda ciddi problemlər yaşayırıq. Təcrübə baxımdan Kamran Ağayevin heyətə salınmasına üstünlük verirəm. İnanmaq istəyirəm ki, qapıcımız Norveçlə ev oyununda olduğu kimi, çıxışlarda daha inamlı təsir bağışlayacaq. KAPİTANIN BAŞÇILIĞI ETDİYİ KEÇİLMƏZ MÜDAFİƏ XƏTTİ MÜDAFİƏ - Millimizin müdafiəsində öz sabit oyunu ilə seçilən “Qarabağ”lı üçlük – kapitan Rəşad Sadıqov, Bədavi Hüseynov və Maksim Medvedevin adlarını gözüyumulu heyətə yazmaq olar. Millimizin “yaralı” yerinə çevrilmiş cinah müdafiəsinə təəssüf ki, eks “Qəbələ”lilər - Arif Daşdəmirovla Maqomed Mirzabekov uyğun gəlmir. Prosineçkinin millidə nə İlqar Qurbanova, nə də Abbas Hüseynova şans tanımaq istəməməsi bu mövqedə vəziyyəti gərginləşdirib. İndiki halda, Almaniya ilə oyunda yaxşı oyunu ilə seçilən Pavel Paşayevə etimad göstərmək olar ALMANLARA GÜCÜNÜ GÖSTƏRMƏYİ BACARAN YARIMMÜDAFİƏMİZ YARIMMÜDAFİƏ - Milli komandamızın yarımmüdafiə xəttində əvəzedilməz oyunçumuzun kim olduğu futbol həvəskarlarına yaxşı məlumdur: Berti Foqtsun milli komandaya verdiyi yeganə fayda – Dmirti Nazarov. Almaniya milli komandasının 262 günlük və 689 dəqiqəlik quru seriyasına son qoyan Nazarova azarkeşlərimizin ümidləri çoxdur. Şimali İrlandiya səfər matçında baş məqşçinin səhv qərarı ilə əsas heyətə salınmayan Nazarovdan britaniyalara qarşı ev oyunda qollarının davamını gözləməyə dəyər. GƏNC VƏ PRESPEKTİVLİ HÜCÜM XƏTTİMİZ HÜCUM - Hücumun uc nöqtəsində oynamağa millimizin iki layiqli namizədi var: Slovakiyanin “Jilina”sında çıxış edən Ramil Şeydayev və Almaniyanin “Ayntraxt” klubunun U-19 komandasında qollarını sıralayan Renat Dadaşov. Təəssüf ki, Renat millidə debüt etmədiyindən, komandaya uyğunlaşmaqda problemlər yaşaya bilər. Bu səbəbdən Prosineçkinin start heyətində Ramil Şeydayevə etimad göstərəcəyi ehtimalı yüksəkdir. Beləliklə, millimizin gözlənilən və fikrimcə, ən uğurlu start heyəti: İnanıram ki, hansı start heyətlə oynamasından asılı olmayaraq, milli komandamız Şimali İrlandiya ilə oyunda qələbə qazanaraq, həm azarkeşlərimizi sevindirəcək, həm də son vaxtlar türk klublarının radarına düşən baş məqşçi Prosineçkinin dəyərini artmasına imkan verəcək… Anar BAYRAMOV |
MÜƏLLİFİN DİGƏR YAZILARI |
|
25.12.2016 15:24 Futbolumuz 2016-da: qara və ağ siyahı | |
09.12.2016 12:42 “Qarabağ”ın qara bəxti yenəmi belə qalacaq, dünya?! |