Olmayan Ağdam və olan Tovuz…
[19.04.2017]

Aqil Abbas

Olmayan Ağdam «Qarabağ» komandasının arxasında dayandı, komandanı məhv olmaqdan qorudu, yaşatdı və Avropa meydanlarına daşıdı. Təbii ki, xeyirxah insanların köməyi ilə. Olmayan Ağdamın icra başçısı Həsən Sarıyev bu komanda üçün olmazların olmazlarını elədi. «NNN bank»ın prezidenti Nazim Abdullayevin və «Əmrahbank»ın prezidenti Yusif İldırımzadənin böyük ürəkləri bu komanda ilə bir vurdu. Bugünkü «Qarabağ» da göz qabağındadı.

Tovuzun «Turan» komandası birinci divizyonda çempion oldu və yüksək liqaya vəsiqə qazandı. Təbii ki, yüksək liqada çıxış etmək üçün çox şərtlər var. Bütün bu şərtlərin başında da maliyyə durur. İndi mətbuatda komanda rəhbərlərinin ruh düşgünlüyünə rast gəlirəm. Doğrudan çox ağırdı, bir o qədər əziyyət çək, sonda zəhmətin puça getsin.

Tovuzda həmişə futbol olub. Özü də yaxşı futbol olub. «Turan» hələ SSRİ dönəmində də Azərbaycanın güclü komandalarından biri idi. Hətta bir dəfə futbolçular ağır yol qəzasına düşüb həlak oldular, amma «Turan» sınmadı, yenidən toparlandı, yenidən yaşıl meydanlarda öz sözünü dedi.

Olmayan Ağdam «Qarabağ»ı saxlaya bildisə, doğrudanmı olan Tovuz «Turan»ı saxlaya bilməyəcək?!

Tovuz qərb bölgəsinin ən varlı rayonlarından biridi. Bu rayonu da, bu rayonun adamlarını da çox yaxşı tanıyıram. Çoxlu da dostlarım var və özü də hamısı sədaqətli dostlardı. Və Tovuz camaatı yaxşı yaşamağı da bacarır. Həm də qonaq-qara sevən camaatdı, çörəkli camaatdı. Təxminən 30-35 il əvvəl bir qohumum Tovuzda orta bir vəzifədə işləyib bir müddət. Hələ də Tovuz camaatı onun xətir-hörmətini saxlayır, hələ də onun övladlarının təknəsində Tovuz camaatının da bir parça çörəyi var.

Həm Sovet dönəmində, həm də elə indi Tovuzda çox imkanlı adamlar olub və olacaq. Həmin imkanlı adamlar bir yerə yığılmalıdı və «Turan»a dəstək olmalıdır. Bu işdə hörmətli millət vəkilimiz Qənirə xanımın çabalarını alqışlayıram.

Dünyadı, ola bilər ki, kimlərsə yaxalarını kənara çəkə bilər. Onda da bir çıxış yolu var.

«Turan» kluba çevrilməlidi. İnanın kluba çevrilsə minlərlə tovuzlu həmin kluba üzv olmaq istəyəcək; ən kasıbından tutmuş, ortabab yaşayanından varlısına qədər. Klub üzvlərinin üzvlük haqqı ilə də «Turan»ı normal saxlamaq mümkündü.

«Varın verən utanmaz» deyə vaxtilə «Qarabağ»ı belə saxlaya bilmişdik. Olmayan Ağdamın komandasını. İndi olan Tovuz doğrudanmı adını Azərbaycan futbol tarixinə yazmış «Turan»ı saxlaya bilməyəcək? Klubunuzu yaradın, qardaşlar. Məmnuniyyətlə klubunuza üzv olaram. «Varın verən utanmaz» deyə köməyimi əsirgəmərəm, təki «Turan» yaşasın!

Əsgər Abdullayev, səni və komandanı ürəkdən təbrik edirəm. Ruhdan düşməyə dəyməz. Müsahibənizdən belə başa düşdüm ki, AFFA-nın bir əli üstünüzdə olub. İnşallah, inanıram ki, AFFA da o əli üstünüzdən çəkməz.

Deyəcəklər son zamanlar futboldan çox yazırsan. Bir Pele Braziliyanı dünyaya tanıtdı, bir Maradona Argentinanı. İndi bir Messi Argentinanı, bir Ronaldo Portuqaliyanı, bir Fatih Terim Türkiyəni dünyaya tanıdır. Fil dişi adında ölkə tanıyırdız?! Amma bir Droqba onu dünyaya tanıtdı. Futbol həm də sülh oyunudu, barış oyunudu.

Şair Şahmar Əkbərzadə Pele haqqında necə deyir:

Həsəd aparırdı ağıllı başlar,
Ağlı topuğunda olan oğlana.

Mən də istəyirəm ölkəmiz bütün sahələrdə inkişaf etdiyi kimi, futbolda da inkişaf eləsin. Əgər olimpiya oyunlarında qızıl medallar qazana biliriksə futbolda niyə qazanmayaq?

«Turan»a uğurlar. Özü də komandanın adına bax ey, TURAN!

Bir kimsəyə əyilməz turanlılarız,
Canımızla, kanımızla düşməni yıkarız!
Mərkəzi-xakə atsalar da bizi,
Kürreyi-ərzi partladar, çıkarız!

Aqil ABBAS

12864 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.04.2024  18:00 Qəm eləmə, Azər Bağırov, bu da keçər! 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar