Qol.Az

"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər


 

"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - <b style="color:red">Şəkillər</b>

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının ikinci gününü iki hazırlıqla tamamlayıb. Komanda günün ilk yarısında fitnes zalında fiziki hazırlıq keçib. Meydanda keçirilən ikinci məşq toplu çalışmalardan ibarət olub.

Zədədən sonra komandaya qoşulan Dion Malone fərdi məşqlə kifayətlənib.

 





07.01.2018    çap et  çap et