Bu da bir tarixdir. 1994-cü il. “Turan” - “Fənərbaxça” (ŞƏKİLLƏR)

Bu da bir tarixdir. 1994-cü il. “Turan” - “Fənərbaxça” (ŞƏKİLLƏR)
ÖLKƏ FUTBOLU 4 Fevral 2010 / 17:12 5577
-  A +

1994-cü ildə Azərbaycan klubları arasında ilk dəfə olaraq “Turan” UEFA kubokunda mübarizəyə qoşuldu. 1994-cü il avqustun 9-da “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya qarşı keçirilən matç meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatdı. Qollara Aykut Kocaman (2), Bülənt Uyğun, Nielsen və Aygün imza atmışdı.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutan cavab oyununu komandalar bu heyətlə keçiriblər:
“Turan”: Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Azad Mütəllimov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov (Mirbağır Isayev 73), Vidadi Rzayev, Rüfət Quliyev (Bəxtiyar Musayev 73), İlham Məmmədov, Qurban Qurbanov
“Fənərbaxça”: Engin, Kemaleddin, Tayfur, Semih, Nuri, İlker, Oğuz, Toprak, Nielsen, (Nail 67), Bülənt, Aykut (Aygün 56)
Çexiyalı hakimlər briqadasının (Puçek, Brabel, Legierski) idarə etdiyi görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Qollar 83-cü dəqiqədə penaltidən Nail və 86-cı dəqiqədə Bülənt Uyğun imza atıblar.
Qol.Az sizə Sumqayıtda baş tutan matçın fotolarını təqdim edir. Onu da qeyd edək ki, “Turan”ı mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələdə Fransanın “Kann” klubu ilə görüşən İstanbul təmsilçisi rəqibinə 0:4 və 1:5 hesabıyla uduzub.

Qeyd: Fotoları Qol.Az-a “Turan”ın lisenziyalaşdırma qrupunu rəhbəri Süleyman Tağıyev təqdim edib.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər