“Bakı”nın yeddinci və son transferi (EKSKLÜZİV)

“Bakı”nın yeddinci və son transferi (EKSKLÜZİV)
PREMYER LİQA 4 Fevral 2010 / 12:35 3692
-  A +

“Bakı” bu gün qış fasiləsində yeddinci və sonuncu transferini həyata keçirəcək. Qol.Az-ın əldə etdiyi məlumata görə, “zolaqlılar” bu dəqiqələrdə bir neçə gündür komandada baxışda olan Allan Vetende Vanqa ilə müqavilə imzalayır.
Xatırladaq ki, 1985-ci ildə anadan olan Allan Vanqa son 2 ili Anqolanın “Petro Atletiko” klubunda keçirib, meydana çıxdığı 35 oyunda 9 qol vurub. Boyu 1,86 metr olan futbolçu milli komandanın çalışdırıcılarının diqqətindən də yayınmayıb. Allan Vanqanın Keniya millisinin heyətindəki çıxışını da uğurlu saymaq olar. O əsas komandanın heyətində keçirdiyi 21 oyunda 6 dəfə fərqlənib.
Xatırladaq ki, “Bakı” Vanqaya qədər qış fasiləsində Kürşat Duymuş, Venio, Adnan Bərəkət, Adriano, Əziz Quliyev, Vyaçeslav Sofronini transfer edib.

 


Son xəbərlər