Qurban Qurbanov: «Bəli, «Qarabağ»da problemlər var»

Qurban Qurbanov: «Bəli, «Qarabağ»da problemlər var»
PREMYER LİQA 3 Fevral 2010 / 17:17 3199
-  A +

«Neftçi» - «Qarabağ» oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qış fasiləsindən sonra komandada çatışmazlıqların olduğunu deyib. «Adətən, qış fasiləsindən sonra həmişə belə vəziyyət yaranır. Bəli, komandada problemlər var. Amma «Qarabağ» növbəti matçlarda bunları həll edəcək və daha yaxşı oynayacaq».
Qol.Az-ın məlumatına görə, Q.Qurbanov ilk 10 dəqiqədə «Neftçi»nin daha yaxşı çıxış etdiyini, lakin sonradan oyunun bərabər səviyyədə keçdiyini söyləyib. Q.Qurbanov bugünkü oyunda qeydə alınan nəticəni unutduqlarını və gələcək matçları düşündüklərini qeyd edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı