İlham Zəkiyev medal qazana bilmədi

İlham Zəkiyev medal qazana bilmədi
OLİMPİYA-2016 11 Sentyabr 2016 / 11:56 5111
-  A +

Azərbaycanı  Rio Paralimpiya Oyunlarında təmsil edən cüdoçular İlham Zəkiyev və Kənan Abdulxanlı medal qazana bilməyib.

Qol.az-ın məlumatına görə, hər iki idmançı 5-ci yeri tutub.

100 kq çəki dərəcəsində çıxış edən Kənana Abdulxanlı bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripova uduzub.

İlham Zəkiyev (+100 kq) isə üçüncü yer uğrunda görüşdə kubali Yanqalini Ximenesə uduzub. 

İlham Zəkiyev  ilk dəfədir ki, Paralimpiyada medalsız qalır. O,  "Afina-2004" və "Pekin-2008"də qızıl, "London-2012"də gümüş medal qazanıb.

 

Daha çox


Son xəbərlər
22.10.18  16:34

Kozakın yerinə Qapal