Rioda 3-cü medalı qazadıq

Rioda 3-cü medalı qazadıq
OLİMPİYA-2016 10 Sentyabr 2016 / 00:50 4161
-  A +

Azərbaycan yığması Rio-2016 Yay Paralimpiya Oyunlarında  3-cü medalını qazanıb.

Qol.az-ın məlumatına görə, 81 kq çəkidə mübarizə aparan cüdoçu Rövşən Səfərov turniri bürünc medalla başa vurub.
 
Yarışa 1/8 final mərhələsindən start verən idmançımız ilk olaraq belaruslu Aleksandr Kazlounu məğlub edib.

1/4 finalda isə o, ukraynalı Aleksandr Kosinova uduzub.  Kosinovun finala yüksəlməsi idmançımıza bürünc medal qazanmaq şansı yaradıb.
 
Əvvəlcə argentinalı Xose Effronu məğlub edən Rövşən daha sonra Böyük Britaniya idmançısı Conatan Dreyni üstələyərək bürünc medal qazanıb.

 
Qeyd edək ki, bu, idmançılamızın Rioda  3-cü medalıdır. Digər medalları da cüdoçulamız əldə edib.  Bayram Mustafayev gümüş,  Ramil Qasımov isə qızıl medal qazanıb.

 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə