Güləşçimiz dünya üçüncüsü oldu

Güləşçimiz dünya üçüncüsü oldu
GÜLƏŞ 4 Sentyabr 2016 / 00:33 4246
-  A +

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, beşinci yarış günündə 50, 60, 74 və 96 çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə Ukrayna, Peru və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda ABŞ idmançısına uduzub.

Bürünc medal görüşünə haqq qazanan güləşçimiz Türkiyə idmançısı ilə qarşılaşıb. Görüşü qələbə ilə tamamlayan Əliabbas Rzazadə Dünya çempionatının bürünc medalını qazanıb.

74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov Ermənistan, Latviya və Misirdən olan rəqiblərini üstələyib. Yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub.

Bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz hesabda öndə olduğu halda ani bir səhv nəticəsində qələbəni əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı